kəsicilərin tacları yan kəsicilərin taclarından böyük olur. Kəsici dişlərin funksiyası
qidanı kəsməkdən ibarətdir.
Yuxarı mərkəzi kəsici dişlər. Hər tərəfdə 1 ədəd olub, kəsici dişlərin ölçücə ən
böyüyüdür. Yeni çıxanda kəsici kənarında tez yeyilib itən 3 qabarcığı olur. Dişin
tacının vestibülyar səthi qabarıq, dil səthi isə çökək olduğundan qazıma baltasına
oxşayır. Təmas səthləri azca qabarıq olub, üçbucağı xatırladır. Ümumiyyətlə, tacın
forması kiçik əsası əng sümüyünə baxan trapesiyaya, başqa sözlə paza oxşayır. Oval
formalı taclarada rast gəlinir.
Açıq dişləm – ön dişlər bir-birinə çatmadığı üçün aralarında müəyyən məsafə qalır,
dal dişlər isə qapanmada iştirak edirlər.
Dərin dişləm – yuxarı və aşağı çənənin kəsici dişləri bir-birinə təmas
etmirlər və alt
dişlər üst dişlərin arxasında qismən görünürlər, bəzən isə tamammilə gizlənirlər.
Çəp dişləm – yuxarı dişlərin bir hissəsi aşağı dişlərin önünə, digər hissəsi isə arxasına
keçir.
8 7 6 5 4 3 2 1 1 2 3 4 5 6 7 8
8 7 6 5 4 3 2 1 1 2 3 4 5 6 7 8
Bu formul Ərəb rəqəmləri ilə daimi dişlərin qısa yazılış sxemidir. Sxemdə horizontal
xətt dişlərin alt və ya üst çənəyə mənsubiyyətini, şaquli xətt isə çənələrin sağ və ya
sol tərəflərini göstərir. Bu sxem üzrə 1 rəqəmi – mərkəzi kəsici dişlərə, 2- yan kəsici
dişlərə, 3- köpək dişlərinə, 4- birinci kiçik azı dişlərinə, 5- ikinci kiçik azı dişlərinə, 6 –
birinci böyük azı dişlərinə, 7 – ikinci böyük azı dişlərinə və nəhayət 8 – üçüncü böyük
azı dişlərinə uyğundur.
Süd dişlərinin sxemi isə roma rəqəmləri ilə təsvir olunur:
V IV III II I I II III IV V
V IV III II I I II III IV V
Hər hansı bir daimi dişin mövqeyi və hansı çənəyə mənsubiyyəti sxematik olaraq
belə təsvir edilir:
1 - üst çənənin birinci sağ
kəsici dişi
1 - üst çənənin birinci sol kəsici dişi
1 -alt çənənin birinci sağ
kəsici dişi
1 - alt çənənin birinci sol kəsici dişi
Süd dişlərində də həmin qanunauyğunluq gözlənilir.
Dişlərin formulunun yazılışının beynəlxalq standartlarda daha çox istifadə edilən
formasını ÜST təklif etmişdir. Bu sxemdə dişlərin 1 ədədindən 8-ə qədər sıra
nömrəsinin əvvəlinə onun yerləşdiyi kvadratın nömrəsi yazılır. Bu zaman daimi
dişləm üçün kvadratların sayı 1 – dən 4- ə qədər, süd dişləri üçün isə 5- dən 8- ə
qədər nömrələnir.
1 – ci kvadrat 2 – ci kvadrat
4 – ci kvadrat 3 – ci kvadrat
5 – ci kvadrat 6 – c kvadrat
8 – ci kvadrat 7 – ci kvadrat
ÜST – nin qəbul etdiyi standartda daimi dişlərin tam formulu aşağıdakı kimi ifadə
olunur.
18 17 16 15 14 13 12 11 21 22 23 24 25 26 27 28
48 47 46 45 44 43 42 41 31 32 33 34 35 36 37 38
Dostları ilə paylaş: