2. Stomatoloji alətlər və sarğı materialları. Sterilizasiya üsulları. STOMATOLOJİ POLİKLİNİKANIN QURULUŞU VƏ FUNKSİYALARI
Əhaliyə göstərilən stomatoloji xidmətin əsas müəssisəsi stomatoloji poliklinikalar
hesab olunur. Ənənəvi stomatoloji poliklinikanın tərkibinə aşağıdakı şöbələr
daxildirlər: terapevtik stomatologiya şöbəsi; cərrahi stomatologiya şöbəsi; texniki
laboratoriya ilə birlikdə ortopedik stomatologiya şöbəsi; fizioterapiya və rentgen
kabinetləri. Müasir stomatoloji poliklinikalarda əlavə olaraq anesteziya, parodont və
selikli qişa xəstəliklərin müalicəsi, rastavrasiya (bərpa etmə), implantologiya,
gigiyena və profilaktika şöbələri (kabinetləri) təşkil edilir. Daha böyük mərkəzi
stomatoloji poliklinikalarda funksional diaqnoz qoyma, kliniki laboratoriya,
mərkəzləşmiş sterilizasiya və aptek otaqları da təşkil edilir. Respublika (Muxtar
Respublika), şəhər, mərkəzi rayon xəstəxanalarının nəznində fəaliyyət göstərən
stomatoloji poliklinikalarda və ya şöbələrdə səyyar stomatoloji yardım xidməti də
təşkil edilir.