Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Stomatoloji şöbə və kabinetin təşkilinə qoyulan sanitar-gigiyenik tələblər



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə21/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   17   18   19   20   21   22   23   24   ...   162
Elektron diw

Stomatoloji şöbə və kabinetin təşkilinə qoyulan sanitar-gigiyenik tələblər  
Stomatoloji xidmət kütləviliyinə görə ikinci tibbi xidmət növüdür. Bu xidmətlə 
məşğul olan poliklinikalar, şöbələr, kabinetlər həm təşkil edilərkən, həm də fəaliyyət 
göstərərkən ciddi sanitar qaydalara riayət etməlidirlər. Bu strukturlar tələblərə görə 
ayrıca tikililərdə yaradılmalıdır. Müstəsna hallarda kabinetlərin və şöbələrin yaşayış 
binalarında təşkilinə icazə verilə bilər. Ancaq bu zaman rentgen və fizioterapevtik 
kabinetin fəaliyyəti qadağan edilir. Özəl şöbə və kabinetin açıldığı bina və ya tikili 
sanitar-gigiyenik, əməyin təhlükəsizliyi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi 
tələblərinə cavab verməlidir. Stomatoloji poliklinikada, şöbədə və ya kabinetdə 
mərkəzləşmiş isti və soyuq su, kanalizasiya olmalıdır. Fasiləsiz elektrik enerjisi ilə 
təmin edilməlidir. Bunun üçün əsas enerji mənbəyindən başqa, ehtiyac olan hallarda 
qoşulmaq üçün alternativ enerji mənbəyi generatorlar olmalıdır. Binanın (tikilinin) 
yanında bağlı zibil qutuları olmalı və bu qutulara zibillər dezinfeksiya edildikdən 
sonra atılmalıdır. Havanı normada saxlamaq üçün ventilyasiya sistemi, nəfəsliklər, 
kondisioner təminatı olmalıdır.  
Bütün otaqlarda yaxşı təbii işıqlanma olmalıdır. Pəncərələrin istiqaməti isə şimala 
açılsa daha yaxşı olar. Bu, otağa birbaşa günəş şüalarının düşməsinin qarşısını və 
yayda otağın həddindən çox qızmasının qarşısını alar. Günəş olmayan saatlarda 
işləmək üçün isə kifayət edəcək sayda elektrik lampaları quraşdırılmalıdır. Lampalar 
ya közərmə, ya da lüminisent ola bilərlər.  


Dəhliz və ya gözləmə yeri minimum 18m

olmalı, sorğu xidmətinin və aptekin xidmət 
pəncərəsi ora açılmalıdır.  
Geyinib-soyunma otağına həm işçilər, həm də pasiyentlər üçün adambaşına 
təxminən 0,1m

sahə hesablanmalıdır. Qeydiyyat otağı xidmətin həcmindən asılı 
olaraq ən azı 10 m

götürülməlidir. Əmək qabiliyyətini müvəqqəti itirmə vərəqləri 
vermək səlahiyyətləri olan müəssisələrin qeydiyyat otağında əlavə 10 m

yer bu 
sənədlərin tərtibi üçün ayrılır. Telefon xidməti həm idarə daxili, həm də adi telefon 
rabitəsi (şəhər, qəsəbə, kənd) şəklində olmalıdır. İş yeri həm çalışanların, həm də 
xəstələrin rahatlığı üçün mebellə təchiz olunmalıdır.  
Uşaq şöbələri və ya kabinetlərinin böyüklərlə giriş-çıxışı, dəhlizi, geyinib-soyunma və 
sanitar otağı ayrıca olmalıdır.  
Stomatoloji kabinet bir və ya daha çox həkim-stomatoloqun işləməsi üçün hazırlana 
bilər. Bir şərtlə ki, hər birinci universal qurğu üçün 14m
2
, sonrakılar üçün isə 7m

sahə ayrılmış olsun.  
Döşəmə yağlı boya ilə rənglənməli, üzərindən isə xüsusi tibbi linoleum sərilməlidir. 
Linoleumun calaqları xüsusi germetik işlənməli və kənarları 5-10 sm 
hündürlükdədivarıörtməlidir.Tavanın hündürlüyü ən azı 3m olmalıdır. Divar və tavan 
hamar olmalı, heç bir dəlik və çıxıntı olmamalıdır. Amalqama işlənən kabinetlərin 
divar və tavanın suvaq tərkibinin 5%-i kükürd tozundan ibarət olmalıdır. Divar, tavan 
açıq rəngli yağlı boya və ya silinə bilən emulsiya ilə rənglənməlidir. Onların plastik 
üzlüklərlə ötülməsinə icazə verilmir. Həmçinin kabinetdə təmizlik işlərinə tam tabe 
olmayan karnizlərin, asılqanların pəncərə pərdələrinin, təbii və süni güllərin olması 
məqsədəuyğun deyil.  
Stomatoloji ambulator cərrahi kabinetin divarları polixlorvinil, poliestirol plitələrlə 
örtülməlidir  
Stomatoloji alət və materialların sterilizasiyasının daha böyük həcmli müəssələrdə 
ən optimal yolu mərkəzləşmiş sterilizasiya şöbələrinin yaradılmasıdır.  
Mərkələşmiş sterilizasiya şöbəsi 4 hissədən ibarət olur.  
1. Dezinfeksiya otağı  
2. Sterilizasiya önü təmizlik  
3. Sterilizasiya  
4. Steril materialların saxlanması otağı  
 
Sterilizasiya və cərrahi otaqların divar və döşəmələrikafel və metlaxla örtülməlidir.  
 
Əgər xidmət müəssisəsi kiçik həcimlidirsə və stomatoloji alətlərin sterilizasiyası 
müalicə kabinetində aparılarsa, bu zaman sterilizasiya məqsədilə istifadə edilən 
avadanlıq və materiallar müalicə zonasından ayrılmalıdır. Bu mümkün olmadıqda isə, 
otağın elə bir səmti seçilir ki, işin gedişinə mane olmasın.  
Kabinetdə işləyən hər bir həkimə azı 10 ədəd terapevtik (və ya digər təyinatlı) alət 
dəsti olmalıdır.  


Həkim-stomatoloqun otağında havanı kvarslaşdırılması üçün kvars lampası olmalıdır. 
Bu prosedura növbə dəyişən zaman, fasilə zamanı və iş gününün sonunda aparıla 
bilər.  
«A» və «B» şkafları olmalıdır.«A» şkafında zəhərli, «B» şkafında isə güclü təsir 
göstərən dərman maddələri saxlanılır. Profildən asılı olmayaraq hər bir kabinetdə 
xəstələrə ilkin tibbi kömək etmək üçün alət və dərman vasitələrinin olması tələb 
olunur. Həmçinin HİV, hepatitlər və s. infeksiyaların yayılmasının profilaktikasına aid 
dərmanların da olması vacibdir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin