Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə24/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   20   21   22   23   24   25   26   27   ...   162
Elektron diw

Antiseptika – müxtəlif üsullarla (bioloji, kimyəvi, fiziki, mexaniki və b.) insan 
sağlamlığı üçün – yarada, dəridə, boşluqlarda təhlükəli həyat fəaliyyətli 
mikroorqanizmləri məhv etmək və infeksiyalaşmanın qarşısını almaqdır. Cərrahi 
blokun fəaliyyətində sterilizasiyaya böyük diqqət ayrılır.  
Sterilizasiya – xarici mühit obyektlərini fiziki və kimyəvi üsulların köməyi ilə müxtəlif 
mikroorqanizmlərdən zərərsizləşdirməkdən ibarətdir. Sterilizasiya texnologiyasına 
aşağıdakı mərhələlər daxildir. Dezinfeksiya, materialın təmizlənməsi, onun 
konteynerə, sterilizatora yerləşdirilməsi və steril materialın effektiv saxlanılması. 
Sterilizasiyanı buxarla (təzyiq altında su buxarı ilə), hava ilə (isti hava ilə) və qazla 
(steril edən qazla), kimyəvi süa ilə (ionlaşdırma və şüalanma, ultrabənövşəyi şüa ilə) 
yerinə yetirilir.  
Əməliyyat zamanı tibbi heyətin xalatları və materialı (salfet, bint, əlcək, tikiş 
materialı və başqa) sterilizasiya olunur və xüsusi qutularda (Şimmelbuş biksləri) 
saxlanılır. İri bikslər iki formada olurlar: filtirsiz (qıfılla dartılmış metal lentlə - 
kəmərlə örtülmüş yanlarda dəliklərlə) və filtirlə (dibində və üstündə deşiklərlə qutu, 
tekstil filtirlə örtülmüş) təchiz olunmuş.  
Filtirsiz bikslərdə materialın sterilliyi 2 sutkaya qədər saxlanılır. Filtirlə - 10 sutkaya 
qədər. Sterilizasiyanın keyfiyyətini yoxlamaq üçün sterilizasiya olunan dəyişəklə 
biksə şüşə flakonda kükürd tozu ya amidopirin qoyulur. (120

C-dən yuxarı 
temperaturda əriyən). Əgər sterilizasiyadan sonra maddə əriyibsə, onda biksdə olan 
əşya 120

C-dən aşağı olmayan temperatur təsirinə məruz qalıb.  
Havalı sterilizatorlar (100
0
200
0
C temperatur ilə, avtomatik və yarımavtomatik 
rejimdə işləyənlər) və buxarlı avtoklavlar (sterilizasiya 115

C- dən 135

C qədər 
temperaturda 0,5 – 2 atmosfer təzyiq altında 20 – dən 60 dəqiqəyə qədər) 
mövcuddur.  
Cərrahi alətlərin, tikiş materialının, sarğı materialının və operasiya dəyişəklərinin 
sterilizasiyasının göstərilən ümumi vəziyyətlə bərabər öz xüsusiyyətləri var. Cərrahi 
alətlərin sterilizasiyası mərhələlərlə aparılır: hazırlıq, yerləşdirmə və xüsusi 
sterilizasiya  
Operasiyaönü hazırlıq alətlərin, şprislərin, iynələrin ciddi olaraq mexaniki 
təmizlənməsi, onlardan pirogen maddələrin və digər virusların ləğv edilməsi nəzərdə 
tutulur.  
Stomatoloji alətlərin sterilizasiyası mexaniki, kimyəvi və fiziki üsullarla ardıcıl olaraq 
həyata keçirilir. Metal stomatoloji alətlər quru, isti şkafda 180
0
C- də 60 dəqiqə 
sterilizasiya edilir. Diş toxumasının preparasiyası üçün ucluqlardan istifadə olunur. 
Ucluqların təmizlənməsi və sterilizasiya qaydası 70% - li spirt, ya da 3%-li xloromin 
məhlulu ilə silinməli, yuyulmalı, sterilizatora qoyulmalıdır. Sarğı materialları isə 1 atm 


təzyiqində 120
0
C –də 30 dəqiqə sterilizasiya olunur. Belə ki, bəzi viruslar 100
0
C – də 
10 dəqiqə ərzində qoymağa davamlıdırlar.  
İnfeksiya ilə əlaqədar olmayan alətlər 5 dəqiqə ərzində axan suda yuyulur bə ilıq 
(50
0
C - ə qədər) antiseptik məhlulun faizindən asılı olaraq 30-60 dəqiqə saxlanılır.  
Alətlər bu cür məhluldan çıxarıldıqdan sonra fırça ilə yuyulur, 5 dəqiqə ilıq suda, 1 
dəqiqə distillə olunmuş suda yaxalanır. Sonra avtoklav və ya quru hava 
sterilizatoruna qoyulur. İrinlə və ya başqa möhtəviyyatla çirklənmiş alətlər emal 
qabda 0,1% dioksid məhlulda ya 5%-li lizokal məhluluna 30 dəqiqə yerləşdirilir. 
Sonra bu məhlul fırça ilə yuyulur, axan suda yaxalanır və antiseptik məhlula qoyulur.  
Əşyadan qanın tam çıxarılmasını yoxlamaq üçün benzidin sınağından istifadə olunur. 
Əşyaya benzidin 1% məhlulundan 3 damcı və perekis tökülür, göy-yaşıl rəngin 
görünməsi qan, irinin qalmasını göstərir və tələb edir ki, təkrar təmizlənsin.  
İkinci mərhələ - alətlərin sterilizasiyaya hazırlanması və yerləşməsi.  
Bilavasitə sterilizasiya (üçüncü mərhələ) quru isti şkafda – sterilizatorda aparılır.  
Alətlər 30 dəqiqə ərzində (polkada) 85
0
C temperaturda şkafın qapısı açıq qurudulur, 
sonra temperatur 180
0
C - ə çatdırılır və 1 saat ərzində avtomatik saxlanılır. Qızdırıcı 
sistemi kəsdikdən sonra və temperatur 70-50
0
C - ə düşəndə sterilizatorun qapısi 
açılır, steril alətlə metal qutunun qapağı bağlanır. 15-20 dəqiqə keçəndən və kamer 
soyuduqdan sonra boşaldılır.  
Avtoklavda alətlər 45 dəqiqə ərzində 121 və 134
0
C temperaturda 1,1 atm ya 20 
dəqiqə 2 atm sterilizasiya olunur.  
Kəsən alətlər 96% etil spirtdə 30 dəqiqə ərzində sterilizasiya edilir. Steril alətlər 
xüsusi otaqda saxlanılır. Sterillik biksdə 48 saat saxlanılır, əgər o açılmırsa və alətlər 
xüsusi qaydada yerləşərsə, 3 sutkaya qədər saxlanılır.  
Sarğı materialının və operasiya dəyişəyinin sterilizasiyası bu cür mərhələlərlə aparılır. 
Sarğı materialına aiddir: salfet, cunadan olan kürələr, tampon, turunda, biks; 
operasiya dəyişəyinə - xalat, mələfə, dəsmal, maska, şapka, baxil, qoruyucu eynək.  
Antiseptika məqsədilə mexaniki, fiziki, kimyəvi və bioloji vasitələrdən istifadə olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin