arteriyası, ön təbil arteriyası), 2. Gicgahaltı a. (orta beyin qişası a, qanadabənzər a,
ön və dal dərin gicgah a, çeynəmə a, yanaq a,arxa yuxarı alveol arteriya). 3.
Əsas-
damaq a. (gözyuvasıaltı a., damağın enən a., əsas-damaq arteriya).
Ağız boşluğu orqanları, əng və çənə əsasən kəllə sinirlərindən beşinci cütü olan,
tərkibcə qarışıq üçlü sinirin (n.triqeminus) ikinci (n. maxillaris) və üçüncü (n.
mandibularis) şaxələri ilə innervasiya olunur. Yumşaq damağın arxa hissəsinin, dilin,
udlağın innervasiyasında dil – udlaq siniri iştirak edir. Çənəaltı nahiyənin, boyunun
yuxarı hissəsinin innervasiyasında çənə sinirindən başqa boyun kələfinin şaxələri
iştirak edir.
Üçlü sinirin şaxələri – sağ və sol tərəf orta xətt üzrə anastomozlaşır. Beləliklə, çənə
və əngin ön hissəsi, onları örtən yumşaq toxuma, eləcə də ağız boşluğu dibinin orta
şöbəsi innervasiyanı hər iki tərəfdən alır, bunu da ağrısızlaşdırmanı aparan zaman
nəzərə almaq lazımdır.
Əng siniri (n. maxillaris) kəllə daxilində girdə dəliklə qanad-damar çuxuruna çıxır.
Burada almacıq (n.zygomaticus) qanad-damaq (n. pterygopalatium) sinir şaxələrini
verdikdən sonra aşağı göz yuvasıaltı yarıqla göz yuvasına daxil olur, göz yuvasıaltı
şırıma yatır və göz yuvasıaltı kanala keçir. Sinirin bu hissəsi göz yuvasıaltı sinir (n.
infraorbitalis) adlanır. Sonra sinir göz yuvasıaltı dəlikdən əngin ön səthinə çıxaraq alt
göz qapağına, göz yuvasıaltı nahiyənin, burunun bayır hissəsinin dərisinə, üst
dodağın dərisinə və slikli qişasına, burun qanadına şaxələr verir.
Qanad – damaq çuxurunda əng sinirinin göz yuvasıaltı şırıma girənə qədər, ondan
yuxarı alveol şaxələri (rami alveolaris superiores posteriories) ayrılır. Bu şaxələrin çox
hissəsi əng qabarı üzərindəki eyni adlı dəliklərdən və kanallardan sümüyə daxil olub
haymor boşluğunun selikli qişasını, alveol çıxıntısını, böyük azı dişlərini innervasiya
edir. Az hissəsi isə sümük qalınlığına daxil olmur, qabarın xarici səthi ilə alveol
çıxıntısı istiqamətə yayılır və sümüküstlüyündə, ağız dəhlizi tərəfdən diş ətində və
yanağın selikli qişasında qurtarır.
Göz yuvasıaltı şırımın arxa hissəsində göz yuvasıaltı sinirdən orta yuxarı alveol siniri
ayrılır və əngin bayır divarına daxil olarkən iki şaxəyə bölünür. Bu şaxələr
arxa və ön
alveol sinirləri ilə anastomozlaşaraq kiçik azı dişlərin, ağız dəhlizi tərəfdən bu
nahiyənin alveol çıxıntısının selikli qişasını innervasiya edir.
Ön yuxarı alveol şaxələri (ramii alveolares superiores anteriiores) 1-3 kökdən ibarət
olub, göz yuvasıaltı kanalda aşağı gedir və köpək, kəsici dişləri, bu nahiyədə dəhliz
tərəfindən selikli qişanı, sümüküstlüyünü innervasiya edir. Ön yuxarı alveol
şaxələrindən burun dibinin ön hissəsinin selikli qişasına burun şaxəsi ayrılır və burun
– damaq siniri ilə anastomoz yaradır.
Arxa, orta və ön yuxarı alveol sinirləri alveol kanallarında anastomozlaşaraq yuxarı
diş kələfini (plexus dentalis superior) əmələ gətirir. Bu kələfdən dişlərə, dişətinə,
pulpa və periodont toxumalarına, Haymor boşluğunun selikli qişasına, aveol
çıxıntısına şaxələr ayrılır.
Qanad – damaq çuxurunda əng sinirindən almacıq siniri ayrılır, göz yuvasının aşağı
yarığından göz yuvasına daxil olur. Oradan almacıq göz yuvası dəliyi
vasitəsi ilə
almacıq kanalına keçərək iki şaxəyə bölünür: almacıq – üz və almacıq – gicgah
şaxələri. Bu şaxələr eyni adlı dəliklərə almacıq sümüyündən çıxaraq alın nahiyəsinin
arxa və gicgah nahiyəsinin ön hissəsini, yanağın yuxarı hissəsinin və gözün xarici
bucağının dərisini innervasiya edir.
Qanad – damaq çuxurunda əng sinirinin aşağı səthindən qanad – damaq sinirləri
(nn.pteriqopalatini) ayrılır. Bunlar qanad – damaq qanqlionuna daxil olur. Bu
qanqlionun təkibində üz sinirlərindən gələn hərəki (böyük daşlıq siniri), əng
sinirindən gələn hissi (damaq sinirləri) və daxili yuxu kələfindən gələn simpatik (dərin
daşlıq siniri) liflər vardır.
Qanad – damaqqanqlionundan göz yuvası, arxa yuxarı və aşağı
burun şaxələri,
damaq sinirləri (nn. palatini), eləcə də sekretor şaxələr ayrılır.
Göz yuvası şaxələri göz yuvasına daxil olur, dal xəlbir dəliyindən keçərək xəlbir
sümüyü hüceyrələrində və əsas cibdə şaxələnir.
Arxa yuxarı burun şaxələri qanad – damaq çuxurundan əsas damaq dəliyi vasitəsilə
burun boşluğuna daxil olaraq yuxarı və orta burun balıqqulaqlarına, burun çəpərinə
şaxələr verir. bu şaxələrdən ən böyüyü burun – damaq siniri (n.nasopalatinus) burun
çəpəri ilə aşağı və önə doğru gedərək kəsici kanaldan keçir və sərt damağın ön
hissəsinin selikli qişasını köpək dişləri bərabərliyində innervasiya edir.
Damaq sinirləri (nn. palatini) qanad – damaq qanqlionundan qanad – damaq kanalı
ilə gedərək böyük, kiçik damaq və aşağı burun şaxələrinə ayrılır.
Böyük damaq siniri (n.palatinum mayer) eyni adlı dəlikdən sərt damağa çıxır
və sərt
damağın arxa kənarından köpək dişlərinə qədər olan nahiyədəki selikli qişanı,
dişətini və xırda ağız suyu vəzilərini innervasiya edir.
Kiçik damaq sinirləri eyni adlı dəlikdən xaricə çıxaraq yumşaq damağın və
badamcıqların selikli qişasında şaxələnir.
Aşağı arxa burun şaxələri aşağı burun balıq qulqğının, orta və aşağı burun
boşluğunun və haymor boşluğunun selikli qişasını innervasiya edir
Çənə siniri (n. mandibularis) qarışıq sinirdir. Bu sinirin tərkibində hissi və hərəki liflər
vardır. Çənə siniri kəllə boşluğundan oval dliklə çıxaraq gicgahaltı çuxurda bir sıra
şaxələrə ayrılır. Ön şaxələrdə əsasən hər iki liflər yerləşir və onlardan aşağıdakı
sinirlər ayrılır.
1) Çeynəmə siniri – çeynəmə əzələsinə və gicgah – çənə oynağına şaxələr verir.
2) Dərin gicgah siniri - əsasən ön, orta və arxa sinirlərdən ibarət olur,gicgah əzələsini
innervasiya edir.
3) Bayır qanadabənzər sinir – eyni adlı əzələyə gedir.
4) İçəri qanabənzər sinir – eyni adlı əzələni innervasiya edir, yumşaq damaq və qulaq
pərdəsini gərginləşdirən əzələlərə məxsus şaxələr verir.
5) Çənə - dilaltı sinir – aşağı alveol sinirindən onun çənə kanalı girəcəyindən ayrılır və
eyni adlı əzələyə, iki qarıncıqlı əzələnin ön qarıncığına geddir.
Çənə sinirin arxa şaxələrində hissi liflər yerləşir və aşağıdakı hissi sinirlər: qulaq
seyvanı – gicgah siniri, dil siniri və aşağı alveol sinirinə ayrılır.
Hissi sinirlərdən yanaq siniri çənə sinirinin ön şaxələrindən ayrılır.