Qulaq seyvanı – gicgah siniri (n.auriculotemporalis). oval dəliyin altında çənə
sinirinin arxa səthindən ayrılaraq aşağı, arxaya gedir, çənənin oynaq çıxıntısının
boynuna arxadan dolanır, sonra qulaqaltı ağız suyu vəzini keçərək yuxarı qalxır və
gicgah nahiyəsinə tutaraq şaxələrə yayılır. Bu sinirdən qulaqaltı vəzə parasimpatik
liflər gedir.
Dil siniri (n.lingualis) oval dəliyin yanında yanında aşağı alveol siniri ilə bir səviyyədə
çənə sinirinin arxa şaxəsindən başlayır. Əvvəlcə bayır qanadvari əzələnin içəri, sonra
çənə şaxəsinin daxili səthi ilə içəri qanadvari əzələ arası ilə aşağı gedir və bu əzələnin
ön kənarından çəkərək çənəaltı ağız suyu vəzisi üstündə dilaltı – dil əzələsinin xarici
səthi ilə, bayırdan və aşağıdan çənəaltı ağız suyu vəzisinin axacağını dolanaraq dilin
yan kənarına çatır. Dil siniri ağız boşluğunun dal hissəsinin selikli qişasına və
badamcığa şaxə verir. dilaltı nahiyəsinə, dilaltıağız suyu vəzisinə, dilin ön 2/3
hissəsinin selikli qişasına, dil tərəfdən dişətinə və sümüküstlüyünə şaxələr verir.