Aşağı alveol siniri (n.alveolaris inferior). Tərkibində hissi liflər çoxluq təşkil edir.
Çənə sinirin ən böyük şaxəsi olub, içəri və bayır qanadabənzər əzələlərin arasında, dil
sinirinin arxa və bayır tərəfində çənə çənə dəliyinə çatır və çənə kanalına girir. Sonra
çənə kanalı ilə aşağı gedərək böyük və kiçik azı dişlər nahiyəsində bir sıra şaxələr
verərək aşağı diş kələfini əmələ gətirir. Bu kələfdən kiçik və böyük azı dişlərinə,
dəhliz tərəfdən çənənin alveol çıxıntısını örtən sümüküstlüyünə, dişətinə və selikli
qişaya şaxələr gedir. Kiçik azı dişlər nahiyəsində aşağı alveol sinirindən saqqalaltı sinir
(n. mentalis) ayrılır və eyniadlı dəlikdən çənənin xarici səthinə alt dodağın selikli
qişasını və dərisini, saqqal nahiyəsinin dərisini innervasiya edir. Köpək və kəsici dişlər
nahiyəsində sümük qalınlığında yerləşən aşağı alveol siniri, ondan saqqalaltı sinir
ayrılandan sonra kəsici sinir adı ilə adlanır. Kəsici sinir köpək və kəsici dişlər, bu dişlər
nahiyəsində dəhliz tərəfdən alveol çıxıntısının selikli qişasını və dişətini innervasiya
edir. Orta xətt nahiyəsində sağ və sol kəsici sinirlər anastomozlaşır.