ventilyasiyası vasitəsilə orqanizmdə hava – qaz mübadiləsinin təmin edilməsini
özündə cəmləşdirir.
Ümumi anesteziyanı bir çox üsullarla – maska, endotraxeal, eləcə də parenteral
(venadaxili, əzələdaxili, rektal) aparmaq olar. Anesteziyanın əsas prinsipi – bütün
cərrahi əməliyyatlar üçün adekvat keyləşdirmə yaratmaqdır, bununla bərabər üz –
çənə cərrahiyyəsində ümumi anesteziyanın aparılmasının müəyyən xüsusiyyətləri
vardır.
Üz – çənə cərrahiyyəsində ümumi anesteziyalardan daha geniş istifadə olunanı
endotraxeal üsuldur. Bu növ anesteziya tənəffüs yollarının yaxşı keçiriciliyini təmin
edir, adekvat hava mübadiləsini həyata keçirir, tənəffüs
yollarına yad cisimlərin, seliyin, qanın düşməsinin qabağını alır. Bu da sifət
nahiyəsində, ağız boşluğunda, cərrahların işində çox vacibdir. Ümumi anesteziyanın
başqa üsullarının istifadəsi üz – çənə nahiyəsində cərrahi əməliyyatların
xüsusiyyətlərinə görə məhduddur, belə ki, qanla, ya mədə möhtəviyyatı ilə aspirasiya
baş verə bilər.
Endotraxeal üsulla ümumi anesteziya göstərişlər: ağız boşluğunda, burun – udlaq
qanaxma ilə müşahidə olunan ağır və travmatik cərrahi əməliyyatlar, sinir sistemi
emosional
olan xəstələrdə, uşaqlarda və s. üz – çənə nahiyəsinin ağır patologiyası ilə
xəstələrdə ümumi anesteziyanı aparan zaman hava mübadiləsi hər an pozula bilər,
ən çox induksiya və intubasiya dövründə. Ona görə anesteziyanı aparan zaman baş
verə biləcək çətinliklərin qarşısını almaq anestezioloqdan böyük məharət tələb edir.
Operasiyaönü xəstəni müayinə etmək normal anesteziyanı aparmağa mane ola bilən
patoloji dəyişiklikləri aşkar etməyə imkan verir. Xəstəni operasiyaya hazırlayan
dövrdə ağız boşluğuna, udlağa baxmaq, ağızın nə dərəcədə açılmasına, başın,
boyunun hərəkətinə fikir vermək lazımdır. Nəfəs borusunun əyriliyinə şübhə olarsa,
rentgenoloji müayinə ilə onu yoxlamaq lazımdır.
Anesteziyaya, operasiyaya dərmanlarla hazırlıq ümumi qəbul olunmuş qaydada
aparılır və mütləq üç qrup dərmanların daxil olması şərti ilə: sedativ preparatlar,
antihistamin dərmanlar, parasimpatolitik preparatlar.
Premedikasiyanı təyin edən zaman nəzərə almaq lazımdır ki, üz – çənə nahiyəsi
patologiyası ilə çox xəstələr emosional olduqları üçün onlara sedativ dərmanların
dozası yüksək olmalıdır. Cərrahi əməliyyatönü stresi götürmək üçün müxtəlif
kombinasiyalı yuxugətirici, trankvilizaorlar və sedativ preparatlar istifadə olunurlar:
1) lyuminal 0,1-0,2, nitrazepam 0,005-1,01, trioksazin 0,3-0,5; 2) seduksen 0,005-
0,01, mezapam 0,01, meprabomat 0,2-0,4; 3) fenazepam 0,0005-0,001, pipolfen
0,025.
Ürək – qan damar sisteminə mənfi təsir göstərən vaqus reflekslərinin profilaktikası
üçün və salivasiyanı azaltmaq məqsədilə premedikasiya tərkibinə atropin əlavə
olunur. Əməliyyatdan 40-60 dəqiqə qabaq 1 mq atropin dərialtı vurulur. Operasiya
stolunda anesteziyaönü atropin 0,1 mq 10 kq çəkiyə venadaxili yeridilir.
Antihistamin dərmanlar (dimedrol, suprastin, tavegil və b.) adi dozalarda istifadə
olunurlar. Anestezioloqların arsenalında ketamin oksiburat natri, viadril, fentanil,
sombrevin və droperidol dərmanların olması xəstələrin anesteziyaya girməsini xeyli
dərəcədə təhlükəsizləşdirirlər. Onlar narkotik yuxunun tez və sakit başlanması,
həyəcanlanma mərhələsinin olmamasına şərait yaradır.
Ümumi anesteziya qabağı maska ilə, ya narkoz aparatı ilə 5-7 dəqiqə təmiz oksigenlə
ventilyasiya aparmaq lazımdır. Oksigenin verilməsi intubasiya məqamına qədər
kəsilmir. Bu qayda intubasiya dövründə hipoksiyanın qarşısını alır (intubasiya dövrü
xəstənin təhlükəsizliyini təmin etməyə imkan verir).
Narkoza giriş qısa təsirli barbituratların (heksenal, topental natri) bilavasitə
istifadəsindən qabaq hazırlanmış 1-2%-li məhlulu ilə aparılır. Məhlul venadaxilinə,
huşun tam itməsinə, əzələlərin boşalmasına qədər yavaş və ardıcıl yeridilir.
Barbituratların birdəfəlik dozası 200-dən 800 mq-ə qədərdir.
Viadrilin bədən çəkisindən asılı olaraq 2-5% məhlulu istifadə olunur (15- 20mq/kq).
Preparat venaya tez yeridilir, 5-7 dəqiqəyə yuxu başlayır. Xarici əlamətlərə görə adi
yuxuya oxşayır, sakit, bərabər
və dərin tənəffüs, normal hemodinamika müşahidə
olunur. Mənfi cəhəti damar divarına qıcıqlandırıcı təsir göstərməsidir. Bunun
qarşısını almaq üçün venanı yerli anestetiklə yumaq lazımdır.
Natrium – oksibutirat 20% məhlul formasında, bədənin 1 kq çəkisinə 90-110 mq
dozada işlədilir. Qıcolma sindromunun baş verməməsinə görə venadaxilinə çox
yavaş yeridilir, 5-10 dəqiqə ərzində yuxu başlayır. Yuxunun dərin olması və davam
etmə müddəti dozadan asılıdır.
Ketamin anesteziyaya giriş üçün venadaxili 1 kq çəkiyə 2-3 mq, əzələdaxili 1 kq
çəkiyə 6-7 mq istifadə olunur. Birinci halda 1 dəqiqədən, ikincidə 5-6 dəqiqədən
sonra yuxu başlayır. Bu növ anesteziyanın xüsusiyyəti əzələ tonusu, udlaq və qırtlaq
reflekslərinin saxlanmasından ibarərdir. Ketaminin ən üstün cəhəti odur ki,
anesteziyaya giriş qabağı uşaqlara palatada əzələdaxili vurula bilər
və yuxu
başlayandan sonra xəstəni əməliyyat otağına vermək olar.
Ümumi anesteziyada ketamin və fentanilinin birgə tətbiq edilməsi özünün üstün
cəhətlərini göstərdi. Bir şprisdə fentanil 0,3-0,5 mq (6-10 ml) dozada və ketamin
100-150 mq dozada venadaxili yeridilir. Bu birləşdirmə xəstə üçün tez, sakit yuxu
gətirir, larinqoskopiya və intubasiya dövrü mənfi vaqus reaksiyasının qarşısını alır.
Üz-çənə cərrahiyyəsində anesteziyaya giriş üçün inqalyasion anestetiklər arabir
işlədilir. Ftorotan güclü anestetik olaraq böyük olmayan terapevtik təsirə malikdir və
dozası asan artırıla bilər. Efir tənəffüs yollarının selikli qişasına qıcıqlandırıcı təsir
göstərir, güclü həyəcanlanma və boğulma hissi yaradır. Bunlarla bağlı olaraq üz-çənə
cərrahiyyəsində anesteziyaya giriş üçün qeyri-inqalyasion
anestetiklərə üstünlük
verilir.
Üz-çənə nahiyəsi patologiyası olan xəstələrdə birmənalı bu və ya digər induksiya
üsulunu və anesteziyanı saxlamağı təklif etmək olmaz. Hər bir halda patologiyanın
xarakteri, müalicə idarəsinin imkanları və anestezioloqun təcrübəsi
nəzərə
alınmalıdır.
Patoloji prosesin müxtəlifliyi, cərrahi əməliyyatların xarakteri, həcmi, nəfəs
borusunun intubasiyasını müxtəlif üsullarla aparmağı tələb edir:
- Düz larinqoskopiya nəzarətilə ağızdaxili;
- Düz larinqoskopiya nəzarətilə burunla;
- Burunla endoskop vasitəsilə;
- Anesteziya ilə xəstə huşunda olmaqla burunla keçirici;
- Traxeostom borusu qoymaqla.
Ağızdaxili intubasiya cərrahın işinə mane olmadıqda, xəstələr ağızı geniş açdıqları
halda həyata keçirilir. Cərrahi əməliyyatlar ağızdaxili icra edildikdə və çənəddə
sümük plastikası aparıldıqda intubasiya burunla aparılır.
Müəyyən patologiyalarda (məsələn, gicgah-çənə oynağının ankilozu) ağız
açılmadıqda, burun keçəcəkləri kəskin daralmış olduqda, ya burun çəpərinin əyriliyi
imkan vermədikdə intubasiya traxeostom qoymaqla aparılır.
Neyroleptanalgeziya (NLA) – bu ümumianesteziya metodunu, güclü analgetik və
neyroleptik təsirin birləşməsi əsasında, De Catro, mundeleer (1959) təklif etmişdir.
Bu dərmanların istifadəsi neyrolepsiya və mərkəzi analgeziya vəziyyəti yaradır. Bu
məqsədlə droperidol və fentanil istifadə olunur. Droperidol ampulada 0,25% 5 ml
buraxılır. Venadaxili ya əzələdaxili yeridən zaman spesifik sindrom (tam hərəki və
psixoloji sakitlik, huşun saxlanılması) yaradır. Fentanil – ampulada 0,005% məhlulu 2
ml buraxılır, təsirinə görə morfindən üstündür.
Neyroleptanalgeziyanı müxtəlif kombinasiyada aparmaq olar:
- Neyroleptanalgeziyanın təmiz formada istifadəsi.
- NLA üçün istifadə olunan dərmanlar yerli anesteziya ilə birgə işlədilir
- Ağ ciyərlərin süni ventilyasiyası (ACSV) neyroleptanalgeziyanı aparmaq.
İndiki dövrdə orqanizm funksiyasına optimal təsir nöqteyi-nəzərdən endotraxeal
üsulla ACSV ilə neyroleptanalgeziyanın birgə istifadə olunmasıdır.
Dostları ilə paylaş: