İnyeksion ağrısızlaşdırmalar. İnyeksion anesteziya üçün bir dəfəlik şprisdən, eləcədə
çox dəfəlik şprisdən, dəfəlik iynədən istifadə olunur. Bununla yanaşı 1,8 ml anestetik
yerləşən karpul geniş işlənilir. Xüsusi inyektorlar karpulayla yerli keyləşdirməni tam
steril şəraitdə aparmağa imkan verirlər. Yerli anesteziyada stomatoloji iynəsiz
inyektordan da istifadə edilir. Bu növ anesteziya, ələlxüsus uşaq stomatologiyasında
geniş işlənilir.
Stomatoloji inyeksion iynələr standart tələblərə uyğun olmalıdırlar: əyilməməli,
sınmamalıdır, müəyyən uzunluqda olmalıdır ki, təsadüfən sınan zaman toxumadan
onu çıxartmaq mümkün olsun.