İnfiltrasion anesteziya. Üz-çənə cərrahiyyəsində infiltrasion anesteziyadan yumşaq
toxumalarda cərrahi əməliyyat aparan zaman istifadə olunur. Bu növ anesteziyada
bilavasitə əməliyyat aparılan yerə vurulan keyləşdirici dərman hissi sinirlərin
qurtaracağını blokada edir. Bu üsulun yerinə yetirilməsi çox sadə və qorxusuzdur. Bu
növ keyləşdirmənin bir sıra çatışmayan cəhətləri aşağıdakılardan ibarətdir: dəridə
plastik əməliyyat aparan zaman toxumanın formasını dəyişir, iltihabi xəstəliklər vaxtı
yüksək keyləşdirici effekt alınmır.