AĞIZ BOŞLUĞUNUN SELİKLİ QİŞASININ HİSTOLOGİYASI Ağız boşluğu içəridən selikli qişa ilə örtülür. Ağız boşluğunun selikli qişası ektodermal
mənşəli olmaqla bərabər, quruluşuna görə orqanizmin digər selikli qişalarından və
dəridən fərqlənir. Dərinin epidermisi bazal, tikanabənzər, dənəvər, parlaq və buynuz
qatlardan təşkil edilmişdir. Ağızın selikli qişasının epitelisi isə bazal, tikanabənzər və
yastı epitel qatlardan təşkil edilmişdir.
Ağız boşluğunun selikli qişası (tunica mucosa oris) 3 qatdan təşkil olunmuşdur.
1. Epitel qatı
2. Selikli qişanın xüsusi qatı
3. Selikaltı qat.