Mərkəzi naqili (bazal) anesteziya. Mərkəzi naqili anesteziya kəllə əsasında üçlü
sinirin ikinci və üçüncü şaxəsini ağrısızlaşdırmaq məqsədilə aparılır. Bu anesteziyanı
almacıq qövsaltı, almacıq qövsüüstü, göz yuvasının xarici və aşağı divarı,
turebal,damaq dəliyi yolları ilə aparmaq olar. Ən rahatvə praktik üsul almacıq
qövsaltıdır. Bu anesteziyadan çənədə, əngdə cərrahi əməliyyatlar aparan zaman
istifadə olunur, o vaxt ki, periferik naqili anesteziyaları aparmaq mümkün və
keyfiyyətli olmur. Mərkəzi naqili anesteziyanı aparmaq üçün iynə 5-7 sm
uzunluğunda olmalıdır.