Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə52/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   48   49   50   51   52   53   54   55   ...   162
Elektron diw

Hiperlaziya. Minanın natamam inkişafının əksinə olaraq hipertplaziya (yunanca – 
hüreq – çox, plasio - əmələgəlmə) hallarına da (1,5%) təsadüf edilir. Artıq mina (mina 
damcısı) diş boynunda lokallaşır, çox zaman diş ətinin selikli qişası ilə örtülü olur. 
Diametri 4-5 mm - ə qədərdir. Mina damcısı üstdən mina ilə örtülmüş dentindən 
ibarətdir. Bəzən təkcə mina toxumasından təşkil olur. Hipertplaziya kliniki olaraq 
təzahür etmir.  
Flüoroz. İçməli suda flüorun miqdarının artıq olması nəticəsində baş verir. Flüorozun 
ən erkən əlamətlərindən biri dişlərin zədələnməsidir.  
Bəzi müəlliflərin fikrincə dişlərin flüorozu, içməli suda flüorun izafı miqdarı ilə 
əlaqədar olan spesifik mənşəli hipoplaziyadır.  
Flüor təbiətdə geniş yayılmış kimyəvi elemetdir. Flüora mineral sularda daha çox 
təsadüf edilir. O, orqanizmdə fizioloji funksiya icra edən mühüm bioloji elementdir. 
İnsanın bütün orqanlarında flüor vardır. Lakin sümüklərdə və dişlərdə daha çoxdur.  
Flüorozun əmələ gəlmə mexanizmi indiyənədək dəqiq öyrənilmişdir. Güman edirlər 
ki, flüor ameloblastlara toksik təsir göstərir və bu, minanın düzgün formalaşmaması 
ilə nəticələnir. Müəyyən edilmişdir ki, suda flüorun miqdarı nə qədər çox olursa, 
dişlər flüoroz xəstəliyinə bir o qədər çox tutulur. Lakin, bəzi endemik rayon əhalisinin 
çoxunun dişlərində xeyli dəyişiklik olmasına baxmayaraq, zədələr ağır xarakterli 
olmur. V.K.Patrikeyev belə rayonlarda hətta dişləri tamamilə sağlam olan uşaqlara 
təsadüf etmişdir. Bu göstərir ki, müxtəlif orqanizmlərin flüora reaksiyası müxtəlifdir. 
Həmin reaksiya qidalanmanın xarakterindən (müxtəlif makro və mikroelementlərin 
miqdarından), habelə orqanizmin qoruyucu qüvvələrinin təzahüründən asılıdır.  
Flüorozda, əsasən, endemik flüoroz ocağında doğulan və ya 3-4 yaşından orada 
yaşayan uşaqların daimi dişləri (nadir hallarda süd dişləri) xəstələnir.  


Flüorun miqdarı az artdıqda yalnız kəsici dişlər, çox artdıqda isə bütün dişlər 
zədələnir.  İçməli su mənbəyində flüorun yol verilən qatılığı Dövlət standartına görə 
bir litrdə 1,5 mq olmalıdır. Qeyd etmək lazımdır ki, həmin miqdar flüor olduqda da 
dişlər bəzən flüoroz xəstəliyinə tutulur. V.K.Patrikeyev göstərir ki, bir litr suda 1,0-1,5 
mq flüor olduqda endemik rayonun əhalisinin 30% - nin, 1,502,0 mq olduqda 30-40% 
- nin 2,0-3,0 mq olduqda isə 80-90% - nin dişləri flüorozla xəstələnir. Qeyd etmək 
lazımdır ki, isti iqlim yaronlarında içməli suyun hər litrində 0,5-0,7 mq flüor olduqda 
da flüorozhalları baş verə bilər. Bu əhalinin çox su içməsi ilə əlaqədardır.  
Klinik müşahidələrlə müəyyənləşdirilmişdir ki, suyun hər litrində flüorun 1 mq 
olduqda flüoroza az (və ya yüngül formada) təsadüf edilir və kariyesin qarşısı xeyli 
alınır.  
Flüorozun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı formaları vardır: ştrixli, ləkəli, 
tabaşirəbənzər-çilli, eroziv və destruktiv. Zolaqların birləşməsi ləkənin əmələ 
gəlməsinə səbəb olur (ləkədə zolaqlar yenə də gözə çarpır). Ştrixli forma üst çənənin 
dişlərinin vestibülyar səthində tez-tez, alt çənə dişlərində az-az müşahidə olunur.  
Ləkəli forma yaxşı görünən tabaşirəbənzər ləkələrin olması, ləkələrdə zolaqların 
olmaması ilə səciyyəndirilir. Tabaşirəbənzər ləkələr çox olur, dişlərin səthində 
yerləşir. Minanın tabaşirəbənzər dəyişilmiş sahəsi tədricən normal minaya keçir. 
Minanın ləkəli zədəsi bir çox dişlərdə, xüsusi ilə üst və alt çənənin kəsici dişlərindən 
aydın görünür. Bəzən zədələnmiş sahənin rənginin dəyişdiyi (ləkə açıq qəhvəyi rəng 
alır) müşahidə olunur. Dişlərin flüorozunun bu formasında ləkə nahiyəsində mina 
hamar, parıltılı olur.  
Tabaşirəbənzər-çilli formalı flüorozçox müxtəlifliyi ilə xarakterizə olunur. Adətən, 
bütün səthlərin minası donuq çallarlı olur və piqmentləşmiş ləkələr bu fonda aydın 
görünür. Bəzən mina sarımtıl rəngdə, üzərində isə çoxlu ləkə (nöqtə) olur. Bəzi 
hallarda minada nöqtələrin əvəzinə səthi zədələr olur (1,0-1,5 mm diametrdə və 
01,02 mm dərinlikdə) və mina itir.  
Tabaşirəbənzər-çilli formada mina sürətlə yeyilir və piqmentləşmiş tutqun – qəhvəyi 
rəngli dentin görünür.  
Flüorozun xarakterik klinik formasıtabaşirəbənzər-çilli formasıdır. Dişlərin rənginin 
dəyişilməsi xarakterik şikayət sayılır. Hipoplaziya və karieslə differensiasiya edilir. 
Vital rəngləmə metodundan istifadə etməklə differensiasiya aparılır.  
Flüorozun eroziv formasının səciyyəvi cəhəti minanın xeyli piqmentləşməsi fonunda 
onun xeyli sahədə itməsi, müxtəlif formalı qüsurların- eroziyaların olmasıdır. Eroziv 
forma zamanı mina və dentin yeyilir.  
Flüorozundestruktivformasının sərt toxumaların eroziyadan dağılması və yeyilməsi 
hesabına diş tacları formasının pozulması ilə xarakterizə edilir. Destruktiv forma 
içməli suyun hər bir litrində 5 mq-dan artıq flüor olan rayonlarda müşahidə edilir. 
Destruktiv forma zamanı diş toxumaları kövrəkləşir, çox vaxt qopub düşür.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin