Hiperesteziya (yunanca hyper – çox, anesteziya – hiss, duyğu) diş toxumasının
mexaniki, temperatur və kimyəvi qıcıqlandırıcıların təsiri zamanı yaranan yüksək
həssaslıq qabiliyyətidir. Bir
qayda olaraq, yüksək həssaslıq qabiliyyəti toxuma
zədələndiyi vaxt, kariyes xəstəliyi zamanı, dentinin yeyildiyi yerlərdə, diş boynu
açıldıqda (parodont xəstəliyi zamanı və i.a.) müşahidə olunur.
Kariyes zamanı yüksək həssaslıq daha çox hər hansı bir sahədə (dentin- mina
birləşməsi yanında, boşluğun dibində) olur. Hiperesteziya diş toxumalarının
yeyilməsi zamanı daha tez-tez rast gəlinir. Lakin yeyilmənin bütün növlərində yüksək
həssaslıq eyni dərəcədə olmur. Belə ki, minanın eroziyası
hiperesteziya tez-tez
müşahidə olunur, halbuki pazabənzər qüsur zamanı yüksək həssaslıq qabiliyyətinə,
demək olar ki, rast gəlinir. Bəzən diş boynunun azacıq açılması zamanı (1-3 mm)
kəskin həssaslıq müşahidə edilir. Hiperesteziyanın iki formasını ayırd edirlər: 1) eyni
zamanda bir çox dişlərdə müşahidə olunan sistem hiperesteziya; 2) az miqdarda
dişlərdə müşahidə olunan məhdud hiperesteziya.
Hiperesteziyanın klinik təzahürü müxtəlifdir. Xəstələr bəzən temperatur (isti, soyuq),
bəzən kimyəvi (turş, şirin, duzlu), bəzən isə mexaniki qıcıqlandırıcıların təsirindən
yarana intensiv, lakin tez keçən ağrılardan şikayət edirlər. Lakin qıcıqlandırıcıların
bütün növlərinin kəskin ağrıya səbəb olduğu hallar da baş verir. Xəstələrin dediyinə
görə onlar
soyuq hava almaqdan qorxurlar; ancaq azacıq qızdırılmış xörək yeyirlər,
turş, şirin, duzlu şeylər yeyə bilmirlər. Bir qayda olaraq, bu hadisələr
get-gedə
güclənir, lakin bəzən müvəqqəti sakitlik müşahidə olunur.
Bəzi hallarda xəstələrdə temperatur qıcıqlandırıcıları vasitəsi ilə xəstə dişi müəyyən
etmək çətinlik törədir. Mayinə zaman bir qayda olaraq, dişin sərt toxumalarının
strukturunda və ya parodontun vəziyyətində dəyişiklik olduğu aşkara çıxarılır.çox
vaxt çeynəmə səthində və ya kəsici kənarda sərt toxumaların nazikləşdiyi (yeyildiyi)
müşahidə olunur. Lakin çox vaxt kəsici, köpək və kiçik azı dişlərinin (alt kəsici dişlər
istisna olmaqla) vestibülyar səthindəki toxuma yeyilir. Bəzi hallarda, turşu buxarları
ilə təmas sahələrində bütün qruplardan olan dişlərin səthində minanı yeyilməsi
müşahidə edilir.
Bütün hallarda, açılmış
dentin sərt, hamar, parlaq (bəzən azacıq piqmentləşmiş) olur.
Açılmış dentin sahəsinin zondla yoxladıqda, bəzən intensiv, lakin tez keçən ağrı
yaranır. Soyuq havanın təsiri, habelə turş və ya şirin şey ağrı reaksiyasına səbəb olur.
Bəzən diş boynunun yalnız vestibülyar səthdə cuzi açılmasına baxmayaraq ağrı
hissləri kəskin olur; köklərin xeyli açılması zamanı isə yüksək həssaslıq əsasən bir
yerdə lokallaşır. Bəzən hiperesteziya köklərin bifurkasiyasında müşahidə olunur.
Dişin sərt toxumasının sürtülməsi, hər bir adamın diş toxuması sürtülməyə məruz
qalır. Bu, dişin fizioloji funksiyası ilə əlaqədardır. Kiçik və böyük azı dişlərin çeynəmə
səthlərində, kəsici və köpək dişlərinin kəsici kənarlarında fizioloji sürtülmə olur.
Bundan əlavə, normal halda dişlərin fizioloi mütəhərrikliyi sayəsində tacı qabarıq
hissəsinin qonşu dişlə təmas yerində kiçik sürtülmə sahəsi əmələ gəlir.
Fizioloji sürtülmənin yaşdan bilavasitə asılı olduğu müəyyən edilmişdir. 40 yaşına
çatmış adamların dişlərində minanın sürtülməsi aydın görünür, 40-60 yaşlı
adamlarda sürtülmə nəticəsində kiçik və böyük azı dişlərinin qabarları, habelə kəsici
dişlərin kəsici kənarları itməyə başlayır. Çox vaxt diş tacları qısalır. Bu, bir
qayda
olaraq, hər hansı klinik təzahürlə müşayiət olunmur və ağrı vermir. Çünki, toxumanın
azalması prosesi yavaş-yavaş gedir və dentində, pulpanı xarici qıcıqlandırıcılardan
izolə edən əvəzedici dentin çökür.
Fizioloji sürtülmə ilə yanaşı patoloji sürtülmə də olur: bu vaxt
bir dişdə, bir qrup
dişlərdə və ya bütün dişlərdə sərt toxumalar intensiv sürətdə sürtülməyə başlayır.
Beleə dəyişikliklərə dişlərin vəziyyəti, bir qrup dişlərin yoxluğu nəticəsində düşən
yükün artması, protezlərin düzgün qoyulmaması, məişət və peşə təsirləri, habelə
natamam toxuma strukturlarının formalaşması səbəb olur.
Düz dişləm zamanı kəsici dişlərin sürtülməsi üçün əlverişli şərait yaranır. Yaşın
artması ilə azı dişlərin çeynəmə səthindəki qabarlar yeyildikcə, kəsici dişlər intensiv
sürtülür. Kəsici dişlərin tacları qısalmağa başlayır və 35-40 yaşda 1/3-1/2 qədər
qısalır: kəsici dişlərin üzərində kəsici kənarın əvəzinə nisbətən böyük meydançalar
əmələ gəlir və mərkəzlərində dentin görünür.
Dostları ilə paylaş: