azaldılmalıdır – cod fırçadan istifadə etmək olmaz, reminerallaşdırıcı və tərkibində
flüor olan pastalardan istifadə edilməlidir.
Dişlərin sərt toxumalarının eroziyasının yerli müalicəsi 10% - li
kalsium qlükonat, 2,5-
3% - li remodent məhluli iləaplikasiya aparılmasından ibarətdir. Bununla, eroziya
sahələrində sərt toxumalar reminerallaşır və bu da prosesin sabitləşməsinə səbəb
olur. Göstərilən terapiya diş toxumalarının hiperesteziyasını da ləğv edir. Müalicə
kursu təxminən 15-20 prosedurdan ibarətdir. Bu kurs fizioterapevtik-elektroforez
üsulu ilə də yerinə yetirilə bilər.
Əgər
qüsur böyükdürsə, plomblama metodu tətbiq olunur. Bu məqsədlə müasir
kompozit və kompomerlərdən istifadə edilir. Əgər
qüsur mina sərhəddi
daxilindədirsə, o zaman kompozit materiallarla plomblama zamanı araqat qoyulmur.
Əgər eroziya dentinə çatırsa, və dentini əhatə edirsə, onda boşluğun dibi mütləq
araqatlarla örtüldükdən sonra estetik plomlanmalıdır. Unutmaq olmaz ki, plomlama
əməliyyatından əvvəl və sonra dişdə reminerallaşdırıcı kurs (kalsium qlükonat və
natrium flüorid) aparılmalıdır. Dişlər daha çox dağılmaya məruz qalıbsa, ortopedik
müalicə - protezləmə məsləhət görülürt
Müalicə.Flüoroz zamanı müalicənin məqsədi – dişin anatomik formasını və estetik
parametrlərini bərpa etməkdən ibarətdir.
Flüorozun müalicə metodu onun kliniki təzahür formasından asılı olaraq seçilir.
Flüorozun
çox zəif, zəif və orta (mötədil) formalarında dişlərin ağardılması əməliyyatı
aparılır. Bu zaman ağartmaq məqsədilə 10-35%- li peroksid – karbomid
preparatından istifadə edilir. Bu preparat gel şəklində qarışdırılır, slikon qaşıq və ya
fərd kappa ilə yuxarı və ya aşağı çənə dişlərinin üzərinə 30 dəqiqə ərzində qoyulur.
Müalicə kursu 3-4 prosedurdan ibarət olur.
XX əsrin 90-cı illərindən etibarən flüorozun yüngül və orta formalarında
piqmentləşmiş minanın götürülməsi (mikroabraziya) texnologiyası
tətbiq edilməyə
başlanılmışdır. Bu məqsədlə bir sıra preparatlardan, o cümlədən «PREMA»
preparatından istifadə edilir. Onun tərkibinə zəif konsentrasiyalı xlorid turşusu, kiçik
dispersli karborund (abrazib) və silisium gedili daxildir. Diş ləkələri bu qarışıq
vasitəsilə götürülür. Mina səthi 15-30 saniyə ərzində abrazivtərkiblə işlənir, sonra isə
30 saniyə ərzində su şırnağı ilə yuyulur. Bu mikroabraziya prosedurundan sonra flüor
tərkibli məhlulla diş səthinin işlənməsi məsləhət görülür. Bu texnologiyanın
köməkliyi ilə yaxşı və davamlı nəticə almaq mümkündür.
Dostları ilə paylaş: