Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə60/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   56   57   58   59   60   61   62   63   ...   162
Elektron diw

Orta kariyes (caries media) prosesi, bir qayda olaraq, ağrısız gedir. Lakin bəzən 
mexaniki, kimyəvi, temperatur qıcıqlandırıcılarından qısamüddətli ağrılar ola bilər. 
Qıcıqlandırıcılar kənar edildikdə ağrı kəsilir. Müayinə zamanı yumşalmış dentinli 
karioz boşluq aşkara çıxarılır. Bəzən yumşalmış dentinin olmasını zondun ilişməsi ilə 
müayinə edilir. Lakin minanın kənarlarını burğac vasitəsilə təmizlədikdə yumşalmış 
dentini olan xeyli böyük boşluq aşkara çıxarılır. Boşluqda əməliyyat apararkən ağrı 
olmur, lakin kənarlarında ağrı hissi ola bilər. Dişin pulpası 2-6 mkA elektrik 


cərəyanına reaksiya verir. Orta kariyesi sərt toxumalarının eroziyasından və 
pazabənzər qüsurdan zədələnmənin forma və lokallaşmasına, habelə göstərilən 
zədələnmələr zamanı yumşalmış dentinin olmamasına əsasən fərləndirirlər. Orta 
kariyesi dərin kariyesdən xəstənin şikayətinə və müayinəyə əsasən ayırırlar. 
Uşaqlarda orta kariyes, adətən, şikayətə səbəb olmur və orta kariyesi xronik 
periodontitdən fərqləndirməyi bacarmaq lazımdır. Preparasiya apardıqda və ya 
qıcıqlandırıcılarla təsir etdikdə karioz boşluqda həssaslığın meydana çıxması həlledici 
əlamətdir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin