▪ Kariyesin profilaktikası – dövlət, sosial, gigiyenik, tibbi və şəxsi tədbirlər
sistemi
olub, onların vasitəsilə diş kariyesininyaranmasının və inkişafının qarşısının
alınmasına və sağlamlığın sabit qorunub saxlanmasına deyilir.
ÜST – nin təsnifatına görə profilaktika – birincili, ikincili və üçüncülü profilaktikalara
bölünür.
Kariyesinbirincili profilaktikası – kariyesin yaranması və inkişafına səbəb ola biləcək
təbiət, istehsalat və məişət faktorlarının qarşısını almaq, orqanizmin bu faktorlara
qarşı dözümlülüyünü artırmaq məqsədilə həyata keçirilən sosial, tibbi, gigiyenik və
tərbiyəvi tədbirlər sisteminə deyilir. Birincili profilaktikaya kariyesogen şəraitin
aradan qaldırılması üçün stomatoloji maarifləndirmə (düzgün gigiyena və qidalanma)
və flüorlu preparatların tətbiqi aiddir.
Dostları ilə paylaş: