Kariyesin ikincili profilaktikası – kariyesin ilkin diaqnozu, onun residiv və
ağırlaşmalarının qarşısının alınmasına yönəlmiş kompleks tədbirlər sisteminə deyilir.
ikincili profilaktikaya – reminerallaşdırıcı terapiya, fissurların hermetikləşdirilməsi və
ozonoterapiya aid edilir.
Kariyesin üçüncülüprofilaktikası – mövcud kariyes zədələrinin vaxtında elə ilkin
müalicəsinə deyilir ki, bu tədbirlər gələcəkdə yaranan və inkişaf edə biləcək yrni
ağırlaşmaların qarşısını almış olsun. Üçüncülü profilaktikaya – minimil invaziv
müalicə üsulları aiddir.
Təsvir edilmiş profilaktika üsulların əksəriyyəti - «profilaktik müalicə» üsulları kimi də
qəbul edilir.
Nəhayət kariyesin preparasiya və plomblanmasını özündə birləşdirən müalicə
üsullarına – operativ (invaziv) müalicə üsulları deyilir. Yuxarıda təsvir edilən bütün
üsullar kariyesin müalicə üsullarının tam tərkibini təşkil edirlər.
Kariyesin müalicəsinin daha rahat və sistemli mənimsənilməsi üçün profilaktik-
müalicə və müalicə üsullarının aşağıdakı ardıcıllıqla təsvir edilməsi
məqsədəuyğundur:
• Stomatoloji maarifləndirmə (düzgün gigiyena və qidalanma);
• Flüorlu preparatların tətbiqi;
• Fissurların hermetikləşdirilməsi;
• Reminerallaşdırıcı terapiya;
• Ozonoterapiya;
• Minimal – invaziv müalicə
• İnvaziv (operativ) müalicə
P.S. Flüorlu preparatların tətbiqi, fissurların heç bir yonulma əməliyyatı aparılmadan
hermetikləşdirilməsi, reminerallaşdırıcı terapiya və ozonoterapiya özlüyündə qeyri –
invaziv terapiya üsulları hesab edilirlər.