Stomatoloji maarifləndirmə - əhalinin sağlamlığını qorumaq məqsədilə ağız
boşluğuna düzgün gigiyenik qulluğu və düzgün qidalanmanı öyrətməkdən ibarətdir.
Stomatoloji maarifləndirmə metodlarının hər biri (söhbətlət, uşaq bağçalarında
oyunlar, məktəblərdə sağlamlıq dərsləri, yaddaş kartları, yaddaş kitabçaları, müalicə
müəssisələrində asılmış maarifləndirici şəkillər və s.)kariyesdən qorunmaq üçün
davamlı vərdişlər aşılamalı, kariyesi yaradan səbəbləri öyrətməli və profilaktik
tədbirlərin vacibliyini dərk eletdirməkdən ibarətdir (daha ətraflı: Fəsil 8)
Dostları ilə paylaş: