Mikroorqanizmlər pulpaya qan cərəyanı ilə düşməsi (“hematogen pulpit”)
ədəbiyyatda təsvir edilmiş və eksperiment yolu ilə təstiq olunmuşdur. Lakin klinikada
belə hadisəyə son dərəcə nadir hallarda təsadüf edilir.
Pulpada aşkara çıxarılmış müxtəlif mikroorqanizmlər içərisində streptokokklara və
laktobakteriyalara tez-tez, stafilokokklara təsadüf olunur.
İltihaba mikroorqanizmlərdən və onların zəhərlərindən başqa aşağıdakılar da səbəb
ola bilər:
1. Tacın bir hissəsi və ya kök sınarkən, habelə karioz boşluğu işləyən zaman diş
boşluğunu açarkən və ya dişə qapaq qoymaq üçün preparasiya edərkən pulpanın
zədələnməsi.
2. Kimyəvi qıcıqlandırıcıların təsiri – dərin kariyesin müalicəsi zamanı boşluğun dibinə
güclü təsir göstərən araqatın qoyulması; evikrol tipli kompozit (mürəkkəb tərkibli)
plomb materialı ilə plomb qoymaq üçün dişin üzərinin qeyri-üzvi turşularla
işlənməsi. Lakin pulpanln iltihabı və nekrozu daha tez-tez orta və dəri kariyes
boşluğunu silikat-sementlə
plombladıqda (araqat qoymadan)başlayır.V.S.İvanovun məlumatına görə göstərilən
materialdan istifadə edilməklə müalicə olunmuş dişlərin 25% - də bir il sonra pulpa
nekrozlaşır.
3. Dentikllər daim böyümə nəticəsində pulpanın sinir tellərini sıxaraq bərk ağrıya
səbəb olur.
Dostları ilə paylaş: