Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə70/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   66   67   68   69   70   71   72   73   ...   162
Elektron diw

Kəskin ocaqlı pulpit (pulpitis acuta focalis). İltihabın bu formasında xəstələr qəfildən 
öz-özünə baş verən ağrıdan şikayətlənirlər. Ağrı tutmaları bir neçə dəqiqədən (1-3 
dəqiqə) 15-20 dəqiqəyədək və daha çox davam edə bilər. Ocaqlı pulpitin səciyyəvi 
əlaməti ağrının arada uzun müddət kəsməsidir. Pulpitin bu formasında gecə ağrıları 
həmişə olur. Bəzi hallarda diş yalnız gecələr ağrayır, gündüzlər ağrı kəsir. 
Qıcıqlandırıcıların bütün növləri (kimyəvi, mexaniki və xüsusən temperatur qıcıqları ) 
uzun müddət davam edən ağrılara səbəb olur. Bir çox halda ağrı lokallaşır və 
pasiyent zədəli dişi dəqiq göstərə bilir. Müayinə zamanı zədəli dişdə çoxlu yumşalmış 
dentin olan dərin karioz boşluq aşkar edilir. Zond karioz boşluğun dibinə dəydikdə 
ağrı başlayır, diş perkussiya edildikdə ağrımır. Bir çox halda diş boşluğu bağlı olur, 
lakin bəzən açıqda ola bilir. Karioz boşluğun dibində o çəhrayı kimi görünür
toxunduqda şiddətli ağrı verir. İsti və soyuq qıcıqlandırıcıların təsirindən şiddətli ağrı 
başlayır. Elektrometrik tədqiqat zamanı ağrı hissi hüdudunun azaldığı aşkara çıxarılır: 
diş 10-20 mkA cərəyana reaksiya verir. kiçik və böyük azı dişlərində qabarların 
birindən pulpanın elektrikdən qıcıqlanma qabiliyyətinin hüdudu iltihab ocağının 
lokallaşdığı qabar nahiyəsində azaldığı halda, digərlərindən qıcıqlanma qabiliyyəti 
normal (2-6 mkA) qalır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin