Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə71/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   67   68   69   70   71   72   73   74   ...   162
Elektron diw

Kəskin diffuz pulpit (pulpitis acuta diffuca). Kəskin diffuz pulpit ocaqlı pulpitin 
sonrakı inkişaf mərhələsidir. Həmin pulpit zamanı öz – özünə başlayıb uzun müddət 
davam edən, bəzən isə çox intensiv ağrılar (arada qısamüddətli fasilələrlə) olur. Bəzi 
hallarda ağrılar tamam dayanmır, lakin bir qədər azalır və müəyyən müddətdən 
sonra yenidən güclənir.  
Diffuz pulpit zamanı ağrı yayılmış xarakter daşıyır, o, üçlü sinirin və digər sinirlərin 
şaxələri boyu gicgaha, qaşüstü hissəyə, almacıq nahiyyəsinə, qulağa, boyuna, alt və 
ya üst çənə dişlərinə irradiasiya verir. kəsici və köpək dişlərinin iltihabı zamanı 
irradiasiya çənənin əks tərəfinə keçə bilir.  
Pulpitin bu forması zamanı diş gecələr həmişə ağrıyır. Qıcıqlandırıcıların təsirindən 
başlayan ağrılar, həmin təsir kənar olduqdan sonra da uzun müddət davam edir.  
Xəstələr bəzi hallarda dişə təzyiq etdikdə ağrı hissi olduğunu bildirirlər. Bu, 
periodontun qıcıqlandığını göstərir. Kök zirvəsi formalaşmamış dişlərdə periodontun 
pulpa iltihabına xüsusilə aydın təzahür edən reaksiya müşahidə olunur. Belə halda 
parçalanma məhsullarının pulpiadan periodont toxumasına daxil olması üçün 
əlverişli şərait yarandığından periodont intoksikasiyaya uğrayır.  
Müayinə zamanı dərin karioz boşluq, böyük miqdarda yumşalmış və piqmentləşmiş 
dentin aşkara çıxarılır; boşluq dibinin bir nöqtədə zondlanması xüsusilə ağrılı olur. 
Diş boşluğunun karioz boşluqla aşkar əlaqəsi müşahidə olunmur. Temperatur 
qıcıqları ağrılara səbəb ola bilir. Elektrikdən qıcıqlanma hüdudu aşağıdır – pulpa 20-
30kA cərəyana reaksiya verir., adətən, bütün nöqtələrdən yoxlandıqda qıcıqlanma 
qabiliyyətinin aşağı olduğu aydınlaşır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin