Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə72/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   68   69   70   71   72   73   74   75   ...   162
Elektron diw

Xroniki pulpit. Bir qayda olaraq kəskin pulpit nəticəsi kimi davam edir. Onun klinik 
təzahürü morfoloji dəyişikliklərin xarakterindən asılıdır. Proses bəzi hallarda uzun 


müddət davam edir, pulpada zəif iltihab fonunda infiltrasiya mənbələri meydana 
çıxır, digər hallarda isə iltihablı pulpa tədricən nekrozlaşır və ya proliferasiyaya 
uğrayır. 
 Xroniki fibroz pulpit.(pulpitis chronica fibrosa). Fibroz pulpit çox vaxt kəskin pulpit 
nəticəsində olur. Onun üçün az intensiv ağrılar xarakterlidir. Adətən, öz-özünə 
başlayan intensiv ağrılar olmur, lakin tez-tez sızıltılı ağrılar olur. Çox vaxt mexaniki 
qıcıqlardan və istidən uzun sızıltı başlayır. Səbəb aradan qaldırıldıqdan sonra da diş 
uzun müddət sızıldayır. Lakin soyuğun təsirindən də ağrı baş verə bilər. Anamnezdən 
aydınlaşdırmaq olur ki, bir qədər əvvəl ağrılar intensiv olmuş, öz – özünə yaranmış, 
gecələr baş vermişdir, indi “diş sakitləşmiş”, ağrılar dözülə bilən olmuşdur.  
Bəzi hallarda şikayət, demək olar ki, olmur, lakin dişdə narahatlıq hiss edilir, havanı 
sorduqda diş ağrımağa başlayır. Müayinə zamanı yumşaq dentinli dərin karioz boşluq 
aşkara çıxarılır. Diş boşluğu açıq ola bilər və  
bu halda zondlama zamanı şiddətli ağrı olur. Lakin çox vaxt diş boşluğu bir nöqtədə 
açılır, həkim boşluğu zondla yoxlayarkən ağrı başlayır, tədricən güclənir və uzun 
müddət kəsilmir. Ümumiyyətlə, xroniki fibroz pulpit zamanı pulpanın cavab 
reaksiyası verməsi üçün kəskin pulpitdəkinə nisbətən daha intensiv qıcıqlandırıcılar 
lazımdır.  
Pulpanın qıcıqlanma hüdudu aşağı olur – pulpa 15-20 mkA və daha artıq cərəyana 
reaksiya verir.  
Xroniki qanqrenoz pulpit (pulpitis chronico gangraenosa) kəskin və ya xroniki fibroz 
pulpit nəticəsində baş verir. qanqrenoz pulpitin xüsusiyyəti fasiləsiz olaraq abses 
əmələ gəlməsidir. Bu, pulpanın tədricən daralmasına səbəb olur.  
İltihabın belə formasında xəstələr bəzən öz – özünə başlayan sızıltılı ağrılardan 
şikayətlənirlər., bu ağrılar çox vaxt mexaniki qıcıqlandırıcıların (qidanın diş boşluğuna 
dolması) təsirindən, isti və ya soyuq qida qəbul edərkən yaranır. Əgər boşluq 
qıcıqlandırıcıların təsir zonasında deyilsə, ağrı olmaya bilər. Qeyd etmək lazımdır ki, 
tac pulpası dağıldıqca ağrılar tədricən azalır.  
Müayinə zamanı dərin karioz boşluğun olduğu, diş boşluğunun açıldığı aşkar edilir. 
Zondlama zamanı ağrılar müxtəlif dərinlikdə baş verir; bu, pulpanın dağılma 
dərəcəsindən asılıdır. Tac pulpasının dağılma dərəcəsi artdıqca, zondlama zamanı 
ağrılar daha dərində olur. Pulpit uzun müddət davam etdikdə tac pulpası tamamilə 
dağılır. Belə halda zondlama zamanı ağrı yalnız kanalın girəcəyində, bəzən isə xeyli 
dərində olur.  
Qanqrenoz pulpit zamanı pulpanın elektrikdən qıcıqlanma qabiliyyəti azalır, 
kəmiyyət göstəriciləri xeyli dəyişir (30-60-80 mkA). Belə ki, tac pulpası salamat olan 
diş 35-40 mkA cərəyana reaksiya verdiyi halda, tac pulpası tamamilə, kök pulpası 
qismən dağılmış diş isə 7-0 mkA və bundan artıq cərəyana reaksiya verir.  
Kök kanalında iltihab mənbəyinin uzun müddət qalması periodont toxumalarının 
intoksikasiyasına, bu isə kök zirvəsində sümük toxumasının destruktiv dəyişməsinə 
səbəb olur. Mövcud ədəbiyyat məlumatlarına görə xronik qanqrenoz pulpit zamanı 
kök zirvəsində sümük toxumasının sıxlığının azalması şəklində dəyişikliklər xəstələrin 
18-20% - də aşkara çıxarılır.  


Xronik hipertonik pulpit (pulpitis chronica hyperthrophica) diş boşluğunun açıq 
olması və qıcıqlandırıcıların uzun müddət təsir göstərməsi nəticəsində xronik fibroz 
pulpitdən inkişaf edir.  
Xəstələr yeyərkən ağrıdan və kariyes boşluğundan qan gəlməsindən şikayətlənirlər. 
Onlar xəstə dişin əvvəllər bərk ağrıdığını bildirirlər.  
Obyektiv müayinə zamanı pulpanın böyüməsi aşkara çıxarılır. O, karioz boşluğu 
qismən, yaxud tamamilə doldurur. Bu törəmə toxunduqda azacıq ağrı verir və qan 
gəlir. Xəstə xronik hipertorofik pulpit olan həmin tərəfdə çeynəyə bilmədiyindən 
dişlərin üzəri çoxlu miqdarda yumşaq diş ərpi və diş daşı ilə örtülmüş olur.  
Xroniki hipertrofik pulpitdə diş boşluğunda “vəhşi ət” əmələ gəlir. Səthi zondlama 
yalnız xronik qannqrenoz pulpitdə ağrısızdır.  
Kəskinləşmiş xronik pulpit (pulpitis chonica exacerbatio). İltihabın bu formasının 
səciyyəvi xüsusiyyəti xronik iltihabları ilə yanaşı, öz-özünə əmələ gələn ağrıların, 
qıcıqlandırıcıların təsirindən başlayan ağrıların və gecə ağrılarının olmasıdır.  
Anamnezdən müəyyən etmək olur ki, diş bir vaxtlar bərk ağrımış, sonra ağrılar xeyli 
azalmışdır. Lakin son 1-2 gün ərzində ağrılar vaxtaşırı yenidən şiddətlənmiş, xarici 
qıcıqlandırıcıların təsiri olmadan ağrı tutmaları başlamış və üz-çənə nahiyəsinin 
müxtəlif sahələrinə yayılmışdır. Sonra ağrılar yenə də sakitləşmişdir. Belə halda ağrı 
bir qədər keçdikdən sonra yenidən tuta bilər.  
Xronik pulpit çox vaxt qapalı diş boşluğunda, bəzən də açıq boşluqda ağırlaşır.  
Xronik iltihab formalarından daha tez-tez ağırlaşanı xronik fibroz pulpitdir; 
qanqrenoz pulpit çox az hallarda ağırlaşır.  
Xronik fibroz pulpit kəskinləşən zaman rentgenoloji tədqiqat yolu ilə kök zirvəsini 
sümük toxumasında dəyişikliklər müşahidə oluna bilir. Elektroodontodioqnostika 
pulpanın həssaslıq hüdudunun fibroz və qanqrenoz pulpitlərdə olduğu qədər 
azaldığını göstərir.  
Müayinə zamanı dərin karoiz boşluq aşkara çıxarılır. Bu boşluq çox vaxt diş boşluğu 
ilə birləşir.  
Xronik pulpitin ağırlaşma diaqnozu anamnez əsasında (prosesin vaxtaşırı ağırlaşması, 
ağrının üz-çənə nahiyəsinin müxtəlif sahələrinə vurması, arabir sakitləşməsi) 
qoyulur. Bundan əlavə, ağrının nisbətən sakit dövründə və kəskinləşmə vaxtı 
qıcıqlandırıcıların təsirinə reaksiya müxtəlif olur.  
Differensial diaqnostika: 
 
1. Kəskin ocaqlı pulpit – dərin karies, kəskin diffuz pulpit, xroniki fibroz pulpit, papillit 
ilə differensasiya edilir.  
2. Kəskin diffuz pulpit - kəskin ocaqlı, kəskinləşmiş xroniki pulpit, kəskin zirvə 
periodontiti, papillit, üçlü sinirin nevralgiyası, kəskin haymorit, alveolit ilə 
differensiasiya edilir.  
3. Xroniki fibroz pulpit –dərin karies, xroniki qanqrenoz pulpitlə differensiasiya edilir.  
4. Xroniki qanqrenoz pulpit - kəskin ocaqlı və xroniki fibroz pulpitlə, xroniki zirvə 
periodontiti ilə differensiasiya edilir.  


5. Xroniki hipertrofik pulpit – diş əti polipi, dağılmış bifurkasiyadan qranulyasion 
toxumanın karioz boşluğu keçməsi ilə differensiasiya edilir.  
Pulpitin müalicəsi bir sıra tədbirlərdən ibarətdir:  
1) Pulpanın devitallaşması – onun ağrısızlaşdırılması və sonrakı müalicəyə 
hazırlanması;  
2) Pulpanın hissəvi (amputasiya) və ya tam (ekstirpasiya) çıxarılması;  
3) Diş boşluğu və kök kanallarının plomblanması.  
 
Bu tədbirlərin həyata keçirilməsi üçün xəstənin 2 və ya 3 gəlişi lazımdır. Lakin 
birseanslı müalicə metodu – anesteziya və bioloji – mövcuddur. Birinci halda arsenli 
pasta əvəzinə keyitmə aparılır və kök kanalı ilə diş boşluğu pulpanın ağrısız 
çıxarılmasından dərhal sonra daimi plobla plomblanır. Bioloji metodda pulpit 
konservativ yolla (antiseptiklər, antibiotiklər, fitonsidlər) müalicə olunur. Pulpanın 
metodlarla terapiyası zamanı zərif, incə alətlər: pulpaekstraktor, Miller – kök iynəsi, 
kanaldolduruculardan istifadə olunur. Bu alətlərə qulluq ciddi və bacarıqla 
aparılmalıdır.  
Pulpitin devital amputasiya ilə müalicəsində mərgümüş pastası (arsenli pasta) tək 
köklü dişlərdə 24 saat, çox köklü dişlərdə isə 48 saat müddətinə qoyulur. Kanaldan 
qanaxma zamanı endodontiyada kaprofer, kapramin, aminokapron turşusundan 
istifadə olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin