İlk növbədə ağız boşluğu və işlənəcək dişin ətrafı antiseptik işlənir
və bundan sonra
müvafiq anesteziya aparılır. Hansı növ anesteziyanın tətbiq olunması xəstənin
ümumi vəziyyətindən, sensibilizasiyanın olub-olmamasından, pulpadakı iltihabın
xarakterindən, səbəbkar dişin topoqrofik – anatomik xüsusiyyətlərindən və s.asılı
olaraq müəyyənləşdirilir. Bundan sonra karioz boşluq preparasiya edilir və diş
boşluğuna sərbəst, maneəsiz giriş yaradılır. Hansı
sinif karioz boşluğunun
mövcudluğundan asılı olmayaraq, əsas hədəf kanallara rahat girişin təmin
olunmasından ibarətdir.
Karioz boşluğun preparasiyası başa çatdıqdan sonra boşluq yenidən antiseptik
preparatlarla
işlənir və steril kürəvari, ya da fissuz borla diş boşluğu perforasiya
edilir. Kiçik ölçülü fissur borla trepanasiya edilmiş sahə genişləndirilir
və dairəvi
hərəkətlərlə tac pulpası götürülür. Bu zaman divarlara yaxın və furkasiya zonalarında
xüsusilə ehtiyatlı olmaq lazımdır ki, təsadüfən həmin sahələrdə perforasiya
yaranmasın düzgün açılmış boşluqlar adətən karioz boşluqla üst-üstə düşür, əksər
hallarda bir düz xətt üzərində yerləşir. Həmin prinsiplərə düzgün əməl olunduqda,
pulpanın amputasiyası da rahatlıqla aparılır. Tac pulpasının boşluqda qalan hissəsini
(borla tam götürülməsi mümkün olmayan) iti ekskavatorla götürmək
məqsədəuyğundur. Bu, həm də perfoprasiya riskini minimuma endirir.
Sonrakı mərhələdə ya ən kiçik ölçülü kürəvari borla və ya Gates-Glidden, Pecso
tipli
xüsusi endodontik alətlərin köməyilə kanalların girəcəyi genişləndirilir və konus
forması verilir. Kanallara giriş təmin olunduqdan sonra, kanalların diametrinə uyğun
pulpekstraktorlarla kök pulpası da çıxarılır.
Dostları ilə paylaş: