mikroblar assosasiyası aşkar edilir. Mikrofloranın tərkibində streptokokklar və
stafilokoklar 91-95% olur (L.N.Rebreyeva, V.F.Kuskova, 1967)
Travmatik periodontit periodontun kəskin travma alması (dişə güclü zərbə
vurulması, kökün perforasiyası və s. nəticəsində), uzun müddət dəfələrlə təkrar
olunan xronik mikrotravmalara məruz qalması (düzgün qoyulmanı plombun, yaxşı
hazırlanmamış süni qapağın və s. təsirindən, ortodontik müalicə prosesində dişə
həddən artıq yük düşməsindən və s) nəticəsində olur.
Travmatik periodontit pulpitin müalicəsi zamanı həkimin bəzi ehtiyatsızlığı
ucbatından periodontun pulpekstraktola, drelburğacla və s. zədələnməsi nəticəsində
də baş verə bilər.
Güclü zədələyici amilin təsirindən (belə halda damar-sinirin dəstəsi də qırıla bilər).
Ağır hallar olur. Xronik travmanın təsiri zamanı proses yavaş gedir, demək olar ki,
ağrısız olur, xəstə bunu heç hiss etməyə də bilir.
Medikamentoz periodontiti (kimyəvi periodontit) dişin müalicəsi zamanı dərman
preparatlarının dozası həddən artıq olduqda və ya formaldehid, arsenli pasta,
qüvvətli turşu, qələvi və s. bu kimi güclü təsirli maddələr tətbiq olunduqda inkişaf
edir. Yerli immunoloji toqquşmaya səbəb olan preparatların (antiobiotiklər, mixək
yağı və s.) tətbiqi nəticəsində yaranan periodontitləri A.İ.Ribakov və V.S.İvanov bu
qrupa aid edirlər.
Medikamentoz periodontitləri çox vaxt, pulpitləri arsenli pasta, paraformaldehid,
antiforminlə müalicə etdikdə, habelə, kanalları formalinli, timollu və s. pastalarla
plombladıqda da baş verir. Belə hallarda söhbət toksik periodontitdən gedir.
I
I. Kəskin zirvə periodontitləri: periodontitis acuta apicalis.
1. Kəskin serozlu periodontit: periodontitis acuta serosa.
2. Kəskin irinli periodontit: periodontitis acutapurulenta.
II. Xronik zirvə periodontitləri: periodontitis chronica apicalis.
1. Xronik fibroz periodontit: periodontitis chronica fibrisa.
2. Xronik qranulyasiyalaşan periodontit: periodontitis chronica granulas.
3. Xronik qranulyasiyalaşan periodontit: periodontitis chronica granulomatosa.
III. Kəskinləşmiş xroniki periodontit
PERİODONTİTİN KLİNİKASI VƏ DİAQNOSTİKASI
Dostları ilə paylaş: