əlaqədardır. Dişin üzərindən basarkən kəskin ağrı hiss olunur, bəzən hətta xəstə dişə
yüngül toxunduqda o, verir. Dişin perkussiyası
həm şaquli, həm də üfüqi istiqamətdə
ağrılıdır. Ekssudatın toplanması və iltihabı asidoz liflərin şişməsinə kömək edir, bu isə
dişin bir qədər artıq hərəkiliyinə səbəb olur və xəstəyə elə gəlir ki, guya onun dişi
uzanmışdır. Açıq karioz
boşluq olduqda, istənilən dərinlikdə zondlama ağrı vermir;
diş pulpası nekrozlaşır. Xəstə diş nahiyəsində diş əti bəzən hiperemiyalaşır və şişir,
keçid büküşünün kök zirvəsinə uyğun yerinə palpasiya ağrıya səbəb olur.
İltihabi proses sümüküstlüyü nahiyəsindən keçən zaman periostit baş verir, limfatik
düyünlər böyüyür və ağrılı olur. Kəskin periodontit zamanı xəstələrin ümumi
vəziyyəti pisləşir. Onlar
ümumi süstlükdən, başağrısından şikayətlənirlər
bədənin
temperaturu 38-38,5
0
C-yə qalxır, ECS yüksəlir.
Kəskin periodontit zamanı periodontda rentgenoloji cəhətdən dəyişiklik aşkara
çıxarılmır. Lakin göstərirlər ki, kəskin periodontit başladıqdan 24 saat sonra
ekssudatın yığılması nəticəsində süngər maddə rentgenoqrama aydın görünmür
(Y.Y.Platonov)
Kəskin periodontit sağala bilir, lakin iltihab nəticəsində periodont toxumasının
strukturu bir qədər dəyişir. Ekssudat daimi axar tapan hallarda kəskinperiodontit
xroniki formaya keçir. Xəstəliyin ən ağır nəticəsi
onun çənə osteomielitinə
keçməsidir.
Dostları ilə paylaş: