ABSQ-da travmatik zədələnmələr Ağızın selikli qişası daima müxtəlif qıcıqlandırıcılarla təmasdadır.
Lakin bu qıcıqlandırıcıların əksəriyyəti patoloji proseslər əmələ gətirmir.
Qıcıqlandırıcılar mexaniki, kimyəvi, fiziki və qarışıq olur.
Qıcığın təsirindən yaranan travmalar səthi və dərin ola bilər. Dərin travma zamanı
selikli qişanın bütün qatları zədələnir. Bu kimi travmaların xarakteri orqanizmin
reaksiyasından. Travmatik amilin, ağız boşluğunun və orqanizmin funksional
vəziyyətindən asılıdır. Bəzən bu reaksiya diffuz xarakter daşıyır, öz növbəsidə
orqanlarda və sistemlərdə müxtəlif dəyişikliklərə səbəb olur. Travmaya cavab
reaksiyası müxtəlif iltihabi xarakter daşıyır.