Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə83/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   79   80   81   82   83   84   85   86   ...   162
Elektron diw

Mexaniki travma kəskin və xroniki olur. Ümumiyyətlə, kəskin mexaniki travma selikli 
qişanı təsadüfən dişləyəndə, yaxud stomatoloji müdaxilə zamanı hər hansı bir alətlə 
zədələndikdə yaranır, nəticədə hemotoma, erziya və xora əmələ gəlir. Ağrı müşahidə 
olunur, ikincili infeksiya qoşularsa, proses ağırlaşır, ağrılar  1-2 həftə ərzində davam 
edir.  
Obyektiv  müayinədə  müxtəlif  böyüklükdə,  üzəri  ərplə  örtülmüş  və  nekrozlaşmış 
sahələr  aşkarlanır.  Zədənin  kənarları  ödemli,  hiperemiyalı  və  palpasiyada  ağrılı 
infiltratla müşahidə olunur. çox vaxt belə proses zamanı limfa düyünləri şişir və ağrılı 
olur. Xəstənin ümumi vəziyyəti bir müddət norml olmur. Həkim yardımının xarakteri 
zədənin  böyüklüyündən  və  dərinliyindən  asılır.  Zədə  böyükdürsə,  mütləq  tikiş 
qoyulmalıdır.  Kiçik  zədələrdə  yüngül  antiseptik  məhlllarla  (KmnO
4
,  furasilin,  H
2
O

xlorheksidin və s.) vannalar və qarqaralar təyin edilməlidir.  
Travmanın üçüncü günündən sonra keratoplastik (A vitamini, karotolin, itburnu yağı 
və  s.)  applikasiyalardan  istifadə  mütləqdir.  Əksər  hallarda  zədənin  tez  bir  vaxtda 
sağalması ləngiyir.  
İkincili  infeksiya  qoşulanda  saydığımız  preparatlardan  əlavə  antiseptiklər,  protelitik 
fermentlər, metrogil-denta mazı istifadə olunur.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin