Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə86/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   82   83   84   85   86   87   88   89   ...   162
Elektron diw

Fiziki  travma.  Kəskin  fiziki  travma.  Qaynar  suyun,  isti  buxarın,  odun,  elektrik 
cərəyanının və şüanın böyük dozalarının təsirindən əmələ gəlir.  
Oddan, isti buxardan və qaynar sudan yaranan zədələnmə əvvəlcə kəskin ağrılı olur, 
sonra  ağrı  yavaş-yavaş  azalır.  Yüksək  temperaturun  təsirindən  selikli  qişada 
nahamarlıq yaranır. Bir sutka ərzində epitelin nekrozu əmələ gəlir. Sonra ya epitel qat-
qat  ayrılır  ya  da  içərisi  maye  ilə  dolan  qovuqlar  əmələ  gəlir.  Bu  qovuqlar  partlayır, 
böyük eroziv səthlər açılır və çox ağrılı olur. Müalicədə yerli yüngül antiseptiklərdən 
və  bitki  mənşəli  preparatların  dəmləmələrindən  (gülümbahar,  daziotu,  yapon 
soforası, evkalipt, ada çayı və s.) istifadə olunur. Dəmləmələr belə hazırlanır: 1 x. qaşığı 
ot 1st. qaynar suda 5-7 dəqiqə dəmlənir, sonra məhlul tənzifdən süzülür və istifadə 
olunur.  
Halvanizm. Bu sindrom ağız boşluğunda müxtəlif materiallardan hazırlanan protezlər 
və amalqam plomların təsirindən əmələ gəlir. Qızıl və polad. Qızıl və polad, qızıl və 
amalqam,  amalqam  və  polad,  protezlərin  üzəri  polad  nitridtitanolla  və  s.  bu 


birləşmələrdən  bəzi  insanların  ağzında  cüzi  qalvanik  cərəyanlar  əmələ  gəlir.  Buna 
«Halvanizm»  deyilir.  Şərti  norma  cərəyan  10  mkA-dir,  bu  rəqəmdən  çox  olanda 
halvanizm  yaranır.  Uzun  müddət  belə  vəziyyətdə  ağız  boşluğunun  selikli  qişasında 
müxtəlif nahiyələrdə yanğı hissiyatı, metal dadı, salivasiyanın azalması və ya çoxalması 
müşahidə  olunur.  Belə  hissiyatlar  insanlarda  narahatlıq  və  bəzən  nevrozun  əmələ 
gəlməsinə  səbəb  olur.  Obyektiv  müayinədə  kataral  iltihab  əlamətləri,  dildə 
məməciklərin atrofiyası, çox vaxt hiperkeratoz sahələri müşahidə olunur. Bu mənzərə 
qırmızı yastı dəmrova və leykoplakiyaya bənzəyir. Bəzi şəxslərdə baxışda hər hansı bir 
dəyişiklik aşkarlanmır, lakin subyektiv pozğunluqlar çox qabarıq və uzun müddət çəkir. 
Belə hissiyatlar funksional xarakter daşıyır.  
Halvanik  sindromun  müalicəsi  müxtəlif  metallı  protezlərin  dəyişməsindən 
başlanmalıdır və bununla bərabər neyrogen müalicə aparılmalıdır. Belə xəstələrdən 
çox  dəqiq  allerqoloji  və  stomatoloji  anamnez  yığmaq  mütləqdir.  Protezlərin 
hazırlanmasından öncə pasiyentin metallara qarşı hissiyatını təyin etmək lazımdır.  
ABSQ-da  travmatik  zədələnmələr  müxtəlif  təbiətli xəstəliklərlə:  sifilis,  vərəm,  QİDS, 
allergik  xəstəliklər,  kandidoz,  lekoplakiya  ilə  diferensiasiya  olunmalıdır.  Əsas 
diferensial-diaqnostik əlamət patoloji prosesin ləqv olunmasıdır, yəni travma aradan 
götürüləndən sonra sağalma baş verir, məsələn, lazım gələr sə, diferensial diaqnostik 
məqsəd üçün anemnezlə bərabər laborator testlər və immunoloji müayinələr aparılır.  
Travmatik xora zamanı sitoloji olaraq heç bir elementin (hüceyrə) tapılması diaqnozu 
təsdiqləyir.  
Travma aradan götürüldükdən sonra, patoloji proses sağalarsa, bu, başlıca diferensial-
diaqnostik əlamət hesab oluna bilər.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin