Bəzən müəyyən şəraitdə bu göbələklər patogenə çevrilir və selikli qişanı zədələyir.
Yəni saprofitdən patogenə (parazit) çevrilir. Eyni zamanda dəri, xüsusilə büküşlər,
dırnaqlar, dırnaqyanı nahiyələr də zədələnə bilər.
Kandidozu törədən səbəb disbakteriozdur
Göbələk xəstəliklərini müxtəlif terminlərlə adlandırırlar (levuroz, moniliaz,
kandidomikoz, səthi blastomikoz və s.), lakin geniş yayılmış və təbabətdə işlənən
termin - «kandidoz» və ya kandidomikozdur.
Kandidozun törədicisi-maya göbələyinin
(pseudotropicalis, albikans, tropicalis, krusei
və s.) candida nəslindəndir. Xəstəlik təzə anadan olan uşaqların ilk günlərində
antibiotik,kortikosteroid və s. çox miqdarda qəbul edən, şəkərli diabeti olan şəxslərdə
tez-tez rast gəlinir.
Kandidozun inkişafında və onun ağırlaşmasına təsir edən səbəblər kəskin və xroniki
travmalar, keyfiyyətsiz protezlər, dişlərin iti kənarları olur.
Kandidozun kliniki təzahürü və xəstənin yaşından, vəziyyətindən, somatik xəstəliklərin
gedişatından, dərman preparatlarının qəbulundan asılı olur. A.M.arieviç və
Z.Q.Stepaseva (1965) kandidozu 3 formaya ayırır: selikli qişa kandidozu və visseral
(sistem) kandidoz
ABSQ-da kandidoz stomatiti diş ətində, dildə, dodaqda və dodağın bucaqlarında rast
gəlinir. Kliniki gedişatına görə kandidoz kəskin və xroniki; zədələnmənin dərinliyinə
görə - səthi və dərin, yayılmasına görə-ocaqlı və diffuz, lokallaşmasına görə-stomatit,
xeylit, qlossit, palatinit, mikotik eroziya olur və s.
Kandidozun bir neçə klinik forması vardır: kəskin psevdomembranoz (yalançı örtük),
eritematoz (atrofik) və xronik hiperplastik, xronik atrofik ağız bucaqlarının kandidozu.
Bu formalar müstəqil inkişaf edə bilər, eyni zamanda keçid forma kimi də rast gəlinir.
Kəskin kandidoz- (soor) alimlər hesab edirlər ki, bu forma ancaq südəmər uşaqlarda
rast gəlinir. Yüngül, orta və ağır forması olur. ABSQ-nın hiperemiyası fonunda əvvəlcə
nöqtəvari ağ ərp əmələ gəlir, sonra isə nöqtələr birləşir və yapışır, kəsmiyəbənzər
mənzərə alınır. Bunlar epitel qatı ilə çox sıx birləşir və selikli qişanı qaşıyan zaman,
zədələmədən təmizlənir. Ərpin altında selikli qişa hamar səthli və qırmızı rəngdə
görünür.
Böyüklərdə kandidoz əsasən xroniki xəstəlik kimi yaranır. Bu halda selikli qişanın
hiperemiyası, ödemi azalır, lakin göbələk ərpi, kobud, qalın və selikli qişaya bərk
yapışmış olur. Belə ərpi çox çətinliklə qopardıqdan sonra. Yerində tünd eroziv qanlı
səthlər qalır. Dilin üzərində ağ ərplə örtülü dərin şırımlar açılır. Kliniki təzahürlərin
fonunda xəstələr ağızda yanğı və quruluqdan şikayətlənirlər.
Kəskin psevdomembranoz kandidoz. Xəstə ağrıdan şikayət edir, selikli qişada yanğı
hissi, qida qəbulunun çətinləşməsi baş verir. Obyektiv müayinədə yanaqların,
damağın, dilin, selikli qişası hiperemiyalı olur. Quru səthin üzərində ağ nöqtəvari
səpkilər, kəsmiyəbənzər kütlə şəklində meydana çıxır.
Xəstəliyin ağır formasında həmin mənzərə görünür, lakin yaranan ərplər çox çətinliklə
qopur və yerində qanlı eroziyalar qalır.
Dostları ilə paylaş: