Xroniki hiperplastik kandidoz. Xəstələrin şikayəti ağızda yüngül göynəmədən,
quruluq hissindən, ağrıdan və kserostomiyadan (yəni ağız suyunun çox az ifrazı)
ibarətdir.
Obyektib müayinədə hiperemiya, selikli qişanın ödemi, dilin üzərində dişlərinin izi,
sapvari və göbələyəbənzər məməciklərin hipertrofiyası, çətin qopan ərp müşahidə
olunur. Pis qoxuli ərpin və selikli qişanın quru olması, tüpürcəyin azlığı ilə izah olunur.
dilin üzərində rombabənzər qlossit olan tipik nahiyədə, məməciklər hiperplastik, ərpli,
böyük, ağ papulalar şəklində görünür. Bu papulalar birləşir, yastıqcıq formasında yastı
leykoplakiyaya bənzəyir. Kandidozun bu formasında ağ ərp epitelin deskvamativ
hüceyrələrindən, fibrindən, qida qalığından, bakteriyalardan və mayadan ibarətdir.
Dostları ilə paylaş: |