Müalicə. Ağız boşluğunun sanasiyası. Diş çöküntülərinin və diş daşlarının
təmizlənməsi, xəstə dişlərin çəkilməsi və s. Ümumi müalicə; nistatin, flükonazol,
nizoral və lamizil, 3%-li KJ və kandidozun bütün formalarında polivitaminlər
(pangeksavit, undevit, sentrum, kvadevit) karbohidratların az istifadəsi, xroniki
infeksiya ocaqlarının ləğvi məsləhət görülür.
Yerli müalicədə- sanqviritrin 1%-li liniment və ya 0,2%-li spirtli məhlulu, anilin boyaları
(gensianviolet, metilen abısı, kastellani məhlulu), 5%-li levorin mazı, nistatin mazı,
mikonazol geli, nistatin suspenziyası istifadə olunur.
Kandidozda selikli qişada buynuzlaşma prosesi getmir.
Dostları ilə paylaş: