Dilin kəskin iltihabi xəstəlikləri
Kataral qlossit dilin kəskin iltihabi xəstəliyidir. Əksər hallarda müxtəlif etiologiyalı
stomatitlərin simptomudur. Müstəqil forması isə nadir hallarda rast gəlinir.
Etiologiyası- diş çöküntüləri, kariyesli dişlər, ağız gigiyenasına riayət edilməməsi,
protezlərlə zədələnmə, spirtli içkilərin və siqaretin təsiridir. Kataral qlosit qrippin,
allergiyanın, mədə-bağırsaq və başqa immun xəstəliklərinin təzahürü ola bilər. Kliniki
simptomlardan-dilin üzərində qalın ərp, ağır hallarda dilin ödemi, hərəkiliyinin
azalması vurğulanır. Bəzi nahiyələrdə deskvamasiya və hiperemiya ocaqları müşahidə
olunur. dilin məməcikləri hamarlanmış, dairəvi eritremalar, subyektiv göynəmə, cüzi
ağrı, dadın itməsi və hipersalivasiyası təyin olunur. diferensial diaqnostika,
kandidomikozla, qırmızı yastı dəmrovun ekssudativ hiperemik forması ilə aparılır.
Dostları ilə paylaş: |