Analitik üsul. Bu üsulun tətbiqi üçün 2 şərt ödənməlidir. 1) Ərazini əhatə edən sərhəd xətti çoxbucaqlı formaya malik olmalıdır. 2) Bu çoxbucaqlı təpə nöqtələrinin koordinatları müəyyən olunmalıdır. Tutaq ki, ərazi üçbucaqla əhatə olunmuşdur. α yuxarıdakı şərtlər ödənilir. Bu üçbucağın y oxu üzrə proyektləndirsək alınan trapesiyalara görə üçbucağının sahəsi üçün yaza bilərik
Həndəsi üsul xəritə üzərində yerinə yetirilən qrafiki üsulun oxşarıdır. Bu halda sahənin düzgün həndəsi fiqurlara bölünməsi qrafiki halda xəritə üzərində yerinə yetirildiyindən fərqli olaraq bu halda yer üzərində yerinə yetirilir. Aydındır ki, xəritədən tapılmış həndəsi fiqur elementlərinin qiymətləri yer üzərində bilavasitə alətlərlə ölçülmüş nəticələrə nisbətən aşağı dəqiqliyə malikdir. Yəni, həndəsi üsulda nəticələr daha dəqiq olduğundan ərazinin sahəsi də qrafiki üsula nəzərən 3-5 dəfə bəzi hallarda 10 dəfə dəqiq olur.