XƏZƏR 2014, №2 bu sayda güMÜŞ DÖVRÜN ŞAİRLƏRİ



Yüklə 3,03 Mb.
səhifə15/15
tarix14.01.2017
ölçüsü3,03 Mb.
#360
1   ...   7   8   9   10   11   12   13   14   15
Paçunqo (Paço)Alberto Fernandes Montes de Oka. Kubalı. Kuba hökumətində Ağır Sənaye Nazirliyi nəzdində, mədən şöbəsi direktoru da daxil olmaqla, müxtəlif vəzifələr tutub. 3 noyabrda Çe ilə birlikdə Boliviyaya gəlib. 9 oktyabrda Kebrado de El-Yuro dərəsində qətlə yetirilib.

2 Siro Alqaranyas Leyçe – partizanların birinci düşərgəsinin yanında yerləşən Pinkal rançosunun sahibi.

3 Tumaini (Tuma) – Karlos Koelyo. Kubalı. Çenin sadiq silahdaşı və şəxsi mühafizəçisi. 1967-ci il iyunun 26-da Santa-Krus ştatının Florida əyalətindəki Piray adlı yerdə baş vermiş döyüşdə qətlə yetirilib.

4 Biqotes (Loro, Xorxe) – Xorxe Vaskes Vianya. Boliviyalı, Kommunist Partiyasının fəal üzvü, silahlı müqavimətin təşkilatçılarından biri. 1967-ci il aprelin 22-də Taperilyas yaxınlığındakı Koripote rançosunda baş verən döyüş zamanı yoldaşlarından ayrı düşüb, 29 apreldə əsir götürülüb. Bir ay sonra onun əsirlikdən qaçdığı elan edilib. Onu Reji Debre və Siro Bustosla birlikdə qiyabi mühakimə ediblər. Amma o vaxt artıq onun qətlə yetirildiyi ilə bağlı şayiələr gəzib.

5 Apolinar Akino Kispe (Apolinario, Apolinar, Polo), Serapio Akino Tudela (Serapio, Serafin) və Antonio Dominiqes Flores (Antonio, Leon) – Boliviya Kommunist Partiyasının üzvləri

6 Monxe (Estanislao, Mario, Neqro) – Mario Monxe Molina. Boliviyalı. 1968-ci ilin yanvarında istefa verənə qədər Boliviya Kommunist Partiyasının birinci katibi vəzifəsini tutub.

7 Rodolfo – Rodolfo Saldana. Boliviyalı. Kommunist Partiyasının üzvü və Kubada hərbi hazırlıq keçən ilk boliviyalılardan biri. Çe gündəliyindəki 26 yanvar qeydində onun 15 gün sonra partizanlara qoşulacağını yazıb, amma bu baş verməyib. Onu 1968-ci ildə həbs ediblər, 1970-ci ildə isə üsyançıların Teoponte yaxınlığında əsir götürdükləri almanlarla dəyişiblər.

8 Koko – Roberto Peredo Leyqe. Boliviyalı. Partizan müharibəsinin hazırlanmasının bütün mərhələlərində rolu olub. Nyakauasu rançosunun rəsmi sahibi qismində çıxış edib. 1967-ci il sentyabrın 26-da La-İquera yaxınlığındakı Kebrado del Batan dərəsində pusquya düşüb və qətlə yetirilib.

9 Rolando (kapitan San-Luis) – Eliseo Reyes Rodriqes. Kubalı. Kuba Kommunist Partiyası MK-nın üzvü. 1967-ci il aprelin 25-də Tikuça kəndi və İkira çayı arasındakı El Meson yaxınlığında baş verən döyüşdə qətlə yetirilib.


10 Xoakin (Vilo)Xuan Vitalio Akunya Nunyes. Kubalı. 1957-ci ildə Kuba üsyançı ordusunun sıralarına qoşulan ilk kəndlilərdən biri. 1967-ci ilin 31 avqustunda onun qrupu Rio-Qrande sahilindəki Vado del Puerto-Maurisio keçidi yaxınlığında pusquya düşüb və bütünlüklə məhv edilib.

11 Urbano – Leonardo Tamayo Nunyes. Kubalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdən sağ çıxıb. 1968-ci ilin fevralında Pombo və Beninyo ilə birlikdə Boliviyadan Çiliyə yollanıb. Kubaya 1968-ci il martın 6-da qayıdıb.

12 Ernesto (El Mediko) – Freddi Maymura Urtado. Boliviyalı. Boliviya Kommunist Partiyasının üzvü. Həkim diplomunu Kubada alıb. 1967-ci il avqustun 31-də Vado del Yeso keçidi yaxınlığındakı döyüşdə əsir götürülüb və hökumət ordusu ilə əməkdaşlıqdan imtina etdiyinə görə elə həmin gün güllələnib.

13 Rikardo (Papi, Çinçu, Mbili, Tako) – Xose Mariya Martines Tamayo. Kubalı. 1966-cı ilin martında Çenin qarşılanmasını təşkil etmək üçün La-Pasa gəlib. Əsas qrupun heyətində olub. 1967-ci il 30 iyulda ağır yaralanıb və yoldaşlarının əhatəsində can verib.

14 Braulio – İsrael Reyes Sayas. Kubalı. Fidel Kastronun xüsusi mühafizəçilər dəstəsinin üzvü. 1967-ci ilin 31 avqustunda Vado del Yeso keçidi yaxınlığında baş verən döyüşdə birinci o qətlə yetirilib.

15 Migel (Manuel) – Manuel Ernandes Osorio. Kubalı. 1967-ci il sentyabrın 26-da La-İquera yaxınlığındakı Kebrado del Baton dərəsində pusquya düşüb və qətlə yetirilib.

16 İnti – Quido Peredo Leyqe. Boliviyalı. Çenin Boliviyadakı ən məşhur silahdaşlarından biri, komissar və hərbi komandir. Kebrado de El-Yuro dərəsi yaxınlığındakı döyüş zamanı bir qrup döyüşçü ilə birlikdə mühasirəni yarıb və yerli kəndlilər tərəfindən gizlədilib. 1969-cu il sentyabrın 9-da La-Pasın təhlükəsizlik qüvvələri izinə düşüb onu qətlə yetiriblər.

17 Çino – Xuan Pablo Çanq Navarro Levano. Perulu, Peru Xalq Azadlıq Ordusunun lideri. Kebrado de El-Yuro dərəsindəki döyüşdə sağ qalıb, əsir alınıb, La-İqueraya gətirilib və Simeon, Kuba və Çe ilə birlikdə güllələnib.

18 Don Remberto Vilya Nyakauasu rançosunun onu Roberto Peredoya (Koko) satan keçmiş sahibi.

19 Ektor Bexar Rivera – Peru Azadlıq Ordusunun həbsxanaya salınmış komandanı

20 Xulio Daqnino Paçeko – Peruda Azadlıq ordusunun maraqlarını təmsil edən perulu jurnalist

21 Alexandro – Qustavo Maçin Oed de Beçe. Kubalı. 1967-ci il avqustun 31-də Vado del Yeso keçidi yaxınlığındakı döyüşdə qətlə yetirlib.

22 Arturo – Rene Martines Tamayo. Kubalı. 1967-ci il oktyabrın 8-də Kebrado de El-Yuro dərəsində qətlə yetirilib.

23 Karlos – Lorxio Vaka Marçetti. Boliviyalı. 1967-ci il martın 16-da təlim yürüşü zamanı Rio-Qrandedən keçərkən boğulub.

24 Moro (Moroqoro, Muqanqa, El Mediko, Tavito) – Oktavio de la Konsepsion de la Pedraxa. Kubalı. Müharibənin son mərhələsində ağır xəstələnib və buna görə də Kebrado de El-Yuro dərəsində döyüş başlayan zaman Çe onu Eustakio və Çapako ilə birlikdə Pablitonun yanında qoyub. Pablitonun qrupu Miske və Rio-Qrande çaylarının qovuşuğunda yerləşən Kaxonesə qədər irəliləsə də, 1967-ci il oktyabrın 14-də burada məhv edilib.

25 Beninyo – Dariel Alarkon Ramires. Kubalı. Kebrado de El-Yuro dərəsində baş verən döyüşdə iştirak edib, bundan sonra Urbano və Pombo ilə birlikdə Çiliyə qaçıb. 1968-ci il mart ayının 6-da Kubaya qayıdıb. 1995-ci ildə “Sağ qalanlar” adlı xatiratlar kitabını çap etdirib. 1996-cı ildə Kuba inqilabına qarşı çıxıb.

26 La-Pas ştatının Şimali Yunqas əyalətinin Karanavi rayonunda yerləşən və üsyançılara mənsub olan ranço

27 Orlando Ximenes Bazan (Kamba) və Xulio Mendes Korne (Nyato). Kamba – Boliviyanın şərqində yaşayan hindi tayfası

28 Antonio (Olo) – Orlando Pantoxa Tamayo. Kubalı. 1967-ci il 8 oktyabrda Kebrado de El-Yuro dərəsində qətlə yetirilib.

29 Feliks (Rubio) – Xesus Suares Qayol. Kubalı. Kuba Kommunist Partiyası MK-nın üzvü. 1967-ci il aprelin 10-da Boliviya ordusunun 11 itki verdiyi İripiti yaxınlığındakı döyüşdə qətlə yetirilib. O, Boliviya əməliyyatı zamanı döyüşdə öldürülən birinci partizan olub.

30 Renan (İvan) – İvan Montero. Kubalı. Partizan müharibəsi başlayana qədər La-Pas və Havana arasında əlaqələndirici olub. Nikaraquadakı inqilabi-azadlıq mübarizəsində iştirak edib. 1979-1990-cı illərdə sandinist hökümətin kəşfiyyat aparatında çalışıb.

31 Tanya – Ayde-Tamara Bunke Bider. Alman əsilli argentinalı. 1967-ci il avqustun 31-də Vado del Yeso keçidi yaxınlığında baş vermiş döyüşdə qətlə yetirilib.

32 Tomas Rosales Valyeqrande şəhərindən olan

33 Pombo – Qarri Vilyeqas Tamayo. Kubalı. Kebrado de El-Yuro dərəsindəki döyüş zamanı Pombo, İnti, Dario, Beninyo və Urbano mühasirəni yara biliblər. Boliviya Kommunist Partiyasının dəstəyi ilə əvvəlcə Koçabambaya, sonra isə Oruroya gəliblər. Buradan üç kubalı Çili sərhədinə yollanıblar və 1968-ci il martın 6-ı Kubaya qayıdıblar.


34 Markos (Pinares) – Antonio Sançes Dias. Kubalı. Kuba Kommunist Partiyası MK-nın üzvü. Ön dəstənin komandiri olub. Bir sıra ciddi səhvlərinə görə vəzifəsi sıravi əsgərə qədər kiçildilib və aryerqarda keçirilib. 1967-ci il iyunun 2-də Xoakinin qrupu üçün azuqə əldə edərkən Belya-Vista rayonunda pusquya düşüb və qətlə yetirilib.

35 Aniseto – Aniseto Reynaqa Qordilyo. Boliviyalı. 1967-ci il oktyabrın 8-də Kebrado de El-Yuro dərəsində baş verən döyüşdə qətlə yetirilib.

36 Pedro (Pan Divino) – Antonio Ximenes Tardio. Boliviyalı. 1967-ci il avqustun 9-da İnao dağlarındakı döyüşdə qətlə yetirilib.

37 Eyniadlı qəbilədən olan hindilərin Boliviyada inklərin keçmiş imperiyalarının mövcud olduğu ərazilərdə geniş yayılmış dili

38 Parazit milçək. Dişləyərkən sürfələrini dərinin altına qoyur.

39 Təzə qarğıdalı

40 Karlos Fernandes Qonsales – Boliviyalı polis

41 Onorato Roxas

42 Ətdən və təzə qarğıdalıdan hazırlanan ənənəvi hindi yeməyi

43 İçində süd və şəkər olan alkoqollu içki, punşun bir növü

44 Benxamin – Benxamin Koronado Kordoba. Boliviyalı. Boliviya Kommunist Partiyasının üzvü. 1967-ci il fevralın 21-də partizanlara qoşulub. Ön dəstənin sıralarına daxil edilib, kəşfiyyat əməliyyatlarında iştirak edib.


45 Dəri infeksion xəstəliyi. Mığmığaların sancması yolu ilə yayılır.

46 Ernan Plata Rios Boliviya ordusunun mayoru

47 Auqusto Silva Boqado Boliviya ordusunun kapitanı

48 Debre (Fransız, Danton)Reji Debre. Fransız. Boliviya əməliyyatının hazırlanmasında iştirak edən solçu ziyalı. 1967-ci ilin martında Çe ilə görüşüb. Ondan bır sıra tapşırıqlar alıb. Bustos və fotoqraf Endryu Rot ilə birlikdə Muyupampada həbs olunub. 30 il həbsə məhkum edilib. 1970-ci ildə hakimiyyətə Xuan Xose Torres gələndən sonra azadlığa buraxılıb.


49 Ruben Sançes Valdiviya Boliviya ordusunun mayoru

50 Yasimyentos Petroliferos Fiskales Bolivianos – Boliviyanın Dövlət Neft Şirkəti

51 İnsanın və ya heyvanın yaxınlaşdığını çığıraraq xəbər verən dağ quşu

52 Henri Laredo Boliviya ordusunun leytenantı. Arvadı ona yazdığı məktubda qonaq otağını bəzəmək üçün ondan gerilyerolardan birinin baş dərisini gətirməsini istəmişdi.

53 Günəş altında qaxac olunmuş ət

54 Təxminən bir sentner

55 1 lig = 4828,032 m Britaniya və Amerika uzunluq ölçüsü vahidi

56 Paulino Bayqorriya. Üsyançı orduda əlaqələndirici kimi xidmət edən iyirmi yaşlı kəndli. Dəstəyə daxil olunmasını xahiş edib. Komarapedə Çenin tapşırığını yerinə yetirərkən həbs olunub və işgəncələrə məruz qalıb.

57 Valter Gevara Arse – “Autentinlərin” İnqilabi Partiyasının lideri

58 Boliviya Sosial-Demokrat Partiyası

59 Barryentosu dəstəkləyən koalisiya

60 Rene Barryentos Ortunyo – 1964-cü ilin avqustunda Boliviyanın vitse-prezidenti seçilib, 1966-1969-cu illərdə prezident olub.

61 Boliviya Sosialist Falanqası – sağ meylli Boliviya siyasi partiyası

62 Qaynadılmış qarğıdalıdan hazırlanan hindi yeməyi

63 Villi – Simeon Kuba Sanabria. Boliviyalı. 1967-ci ilin martında üsyançılara qoşulub. 8 oktyabrda Kebrado de El-Yuro dərəsindəki döyüşdə yaralanan və tüfəngi açılmayan Çeni xilas etməyə cəhd göstərəkən əsir düşüb. 1967-ci il oktyabrın 9-u Çe və Çino ilə birlikdə La-İquerada güllələnib.

64 Dario – David Adriasola Veysaqa. Boliviyalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdə iştirak edib və İntinin qrupu ilə birgə gizlənib. İnti ilə birlikdə BXAO-nun yenidən qurulmasında iştirak edib. 1969-cu il dekabr ayının 31-də La-Pasda polislər tərəfindən güllələnib.

65 Çapako (Luis) – Xayme Arana Kampero. Boliviyalı. Kebrado de El-Yuro dərəsində baş verən döyüş zamanı mühasirəni yara bilib və az sayda sağ qalan döyüşçü ilə birlikdə Kaxonesaya yetişib. Onları burada 1967-ci il oktyabrın 14-ü qəfildən hücum edib güllələyiblər.

66 Cavan maral

67 Pablito (Pablo) – Fransisko Uanka Flores. Boliviyalı. Kebrado de El-Yuro dərəsindəki döyüşdən sonra bir qrup sağ qalmış yoldaşı ilə birlikdə Miske və Rio-Qrande çaylarının qovuşuğundakı Kaxonesə gəlib və 1967-ci il 14 oktyabrda burada qətlə yetirilib.

68 Loyola Qusman Lara. Boliviyalı. 1967-ci ilin fevral ayına qədər Boliviya komsomolunun milli icraiyyə komitəsinin üzvü olub. Partizanların xəlvətxanalarında fotoşəkilləri tapıldıqdan sonra 1967-ci ilin sentyabrında həbs olunub. 1970-ci ildə partizanların Teopontedə ələ keçirdikləri alman əsirləri ilə dəyişdirilərək azadlığa buraxılıb.

69 Latın Amerikası ölkələrində və İspaniyada təşkil olunan ənənəvi xalq şənlikləri

70 Ovando – Alfredo Ovando Kandia. Boliviya ordusunun baş komandanı. 1967-ci ildə Çenin qrupuna qarşı aparılan döyüş əməliyyatlarına rəhbərlik edib.

71 Antonionun (Orlando Pantoxa Tamayo) ad günü

72 Eustakio – Lusio Edilberto Qalvan İdalqo. Perulu. 1967-ci il oktyabrın 14-də Miske və Rio-Qrande çaylarının qovuşağında yerləşən Kaxones adlı yerdə qətlə yetirilib.

73 Keçiləri olan qarı öz sözünə əməl edib. O, hökumət ordusunun əsgərlərinə heç bir məlumat verməyib və Çe Gevara haqqında bir kəlmə olsun belə pis söz deməyib. Onun adı Epifaniya Kabrera olub.

74 Мящяббят вя бащар (фran.)

75 Басклы оьлан (фran.)

76 Худащафиз, басклы оьлан (фирянэъя)

77 Савадлы (фр.)

78 Николас Блейк (ясл сойады Сесил Дей Лйуис; 1904-1972) – инэилис йазычысы, шаири,ядябиййатшцнасы

79 Еллери Куин – ики Америка йазычысы: Ф.Денни(1905-1971) вя М.Б.Линин (1905-1982) тяхяллцсц

80 Ола билмяз (фр.)


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin