“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti sayı (1/2018) nəşr olunub.
Jurnalın bu sayında:
* “Nobel kürsüsü” rubrikasında – Haynrix Bölün “Kişisiz ev” romanı;
* “Yubiley” rubrikasında – Nizami Cəfərovun “Zakir Fəxrinin “mən”i” yazısı;
* “XX əsrin klassikləri” rubrikasında – Luici Pirandellonun hekayələri;
* “Gündəlik” rubrikasında – Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi;
* “Çağdaş Avstraliya nəsri” rubrikasında – Alan Marşallın “Günortaüstü küçədə” və Piter Kauenin “Traktor” hekayələri;
* “Rus poeziyası” rubrikasında – Semyon Kirsanovun şeirləri;
* “Hekayə” rubrikasında – Elis Manronun “Nəsə başqa cür” hekayəsi;
* “Esse” rubrikasında – Oktavio Pasın “Müqəddəslər günü, ölülər bayramı” essesi;
* “Roman” rubrikasında – Tarey Vesosun “Buz qəsr” romanı;
* “Korifeylər” rubrikasında – Pablo Nerudanın şeirləri;
* “Teatr sənəti” rubrikasında – Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri”;
* “Unutsaq – unudularıq – Mehdi Hüseynzadə –100” rubrikasında – Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanı;
* “Absurd teatr” rubrikasında – Slavomir Mrojekin “Bir yay günü” pyesi və s. maraqlı yazılar yer alıb.
Dostları ilə paylaş: |