Xəzər Universitəsi Musiqi və İncəsənət departamenti
“Klassic music” Fənni
“Klassic music” fənnindən Syllabus
Müəllim: Yeganə Axundova
Telefon: 050 210 22 72
Semestr: Autumn, Summer 2013
Kredit:
Final: 50 bal
Midterm: 40 bal
Davamiyyət: 10 bal
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir.Tələbələr hər hansı bir səbəbdən dərslərin buraxılması (xəstəlik,ailə vəziyyəti və s.) haqqında məlumatı fakultə dekanına təqdim etməlidirlər.20% artıq dərs buraxan tələbələr dərsə buraxılmır.
İmtahan qaydaları
İmtahan test və açıq suallar şəklində keçirilir, imtahan zamanı səslənən musiqi materialları düzgün cavablandırılmalıdır.
Fənni bitirmək qaydaları
Universitein qaydalarına üvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 bal və yuxarı hesab edilir. Kəsri olan tələbələr bu fənni növbəti il təkrar götürə bilər
Classic music
İnsan həyatını musiqisiz təsəvvür etmək mümkün deyil, ixtisasından və məşğulliyyətindən asılı olmayaraq insan doğulduğu gündən dünyasını dəyişənədək musiqi onu daim müşahidə edir, həyatının ayrılmaz hissəsinə çevrilir. Əsrlər boyu dünya mədəniyyətinin ayrılmaz hissəsi olan musiqi bədii zövqü artırır, mənəviyyatı ucaldır,insanın daxili aləmini zənginləşdirir.
Kursun məqsədi “Azərbaycan klassik musiqisi və dünya musiqi mədəniyyəti” kursu musiqi mədəniyyəti haqqında bilgiləri artırmaq, musiqi zövqünü formalaşdırmaq, Azərbaycan və dünya musiqi mədəniyyətinin tarixini kifayət qədər qısa və lakonik şəkildə gənc nəslə çatdırmaqdır, onları dünyagörüşünü zənginləşdirmək və əsl Azərbaycan ziyalısı kimi tərbiyələndirməkdir
Kursun məzmunu: Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığının qısa tarixi və əsas məqamları haqqında məlumatı əldə etmək, Azərbaycan klassik musiqisinin korifeyləri və şedevrləri ilə tanış olmaq, dünya bəstəkarları haqqında bilgiləri əldə etməkdir. Dərs prosesinə operalara, baletlərə bəstəkarlar haqqında filmlərə baxış, simfonik və populyar klassik musiqi parçalarını dinləmək daxildir. Kursda nəinki klassik musiqi, həmçinin dünya musiqi mədəniyyətinin başqa növlərindən-xalq, pop-rok və caz musiqisindən geniş bilgilər verilir.
Dərs proqramı
Dostları ilə paylaş: |