Departamentin təklif etdiyi fənnlər:
Ərəb dili və Ədəbiyyatı (ixtisas fənni)
Fars dili və Ədəbiyyatı (ixtisas fənni)
Türk dili və Ədəbiyyatı
Koreya dili və Ədəbiyyatı
Dinlər Tarixi
Dinlərarası Münasibətlər
Din Fəlsəfəsi
Müqəddəs Kitabların Tədqiqi
Qur’an Araşdırmaları
İslam Tarixi
İslam Mədəniyyəti
İslam Fəlsəfəsi
İslam Hüququ
İslam Əxlaqı
Təsəvvüf (Sufizm)
Departament, Universitetin müvafiq digər departament və mərkəzləri ilə əməkdaşlıq etməklə Orta Şərq, eləcə də Şimali və Şərqi Asiya Araşdırmalarına dair bakalavr səviyyəsində sahə araşdırmaları həyata keçirir, eləcə də tələbələr və sahənin mütəxəssisləri üçün açıq mühazirə və seminarlar keçirir. Departament eyni zamanda Dini Araşdırmalar və Şərq dilləri sahəsində müxtəlif yayınlar nəşr etməkdədir.
Departamentin əsas hədəflərindən biri də Universitetdəki Tərcümə Araşdırmaları Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq edərək müxtəlif məqalə və kitabların, xüsusilə Ərəb və Fars dillərindən Azərbaycan dilinə və əksinə tərcümə edilməsidir.
Dostları ilə paylaş: |