XəZƏr universitetiNİN 2013-cü IL elmi fəaliyyəti haqqında hesaba t


Tarix və Arxeologiya  Departamenti



Yüklə 330 Kb.
səhifə16/39
tarix01.01.2022
ölçüsü330 Kb.
#105428
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
Tarix və Arxeologiya  Departamenti

1993-cü ilin iyun ayında fəaliyyətə başlamış Tarix və Arxeologiya  Departamenti (keçmiş Tarix Departamenti) Xəzər Universitetinin aparıcı tədris və tədqiqat bölmələrindən biridir. Tarix və Arxeologiya  Departamenti ümumdünya tarixinin inkişaf prosesləri, qədim və orta əsrlər tarixi, Sivilizasiya tarixi, Orta və Yaxın Şərq ölkələri, Avropa və  Amerika xalqlarının tarixi fənnləri üzrə tədris aparır.

Universitetin qaydalarına müvafiq olaraq,  Departament Azərbaycan tarixi fənninin tədrisinə də geniş yer ayırır. Fənnin tədrisində Azərbaycan xalqının inkişaf mərhələləri,  Azərbaycanın Rusiya, İran, Türkiyə kimi qonşu dövlətlərlə və Qafqaz xalqları ilə tarixi əlaqələrinə xüsusi diqqət yetirilir. Departamentin tədris və tədqiqat fəaliyyəti Xəzər Universitetinin digət tədqiqat bölmələri ilə sıx əməkdaşlıq etməyə və Azərbaycan tarixinin fənnlərarası tədrisinə də imkan yaradır.

Departament həmçinin tanınımış alim və mütəxəssislərin tələbələrlə görüşlərini də təşkil edir. Bu cür görüşlər həm alimlərə, həm də tələbələrə müxtəlif mövzular ətrafında geniş müzakirələr və fikir mübadiləsi aparmağa imkan verir.

Departamentin apardığı digər mühüm işlərdən biri də “Azərbaycan arxeologiyası” jurnalının hazırlanması və nəşr edilməsidir. Jurnalda Azərbaycan və dünya arxeologiyasının aktual problemlərinə, dünəninə və bu gününə həsr olunmuş nəzəri, elmi – tədqiqi və elmi – kütləvi məqalələr dərc olunur. Jurnalın səhifələrində arxeologiya elminin əsasları və metodikası, müasir problemləri və nailiyyətləri geniş şəkildə işıqlandırıılır.  

Departament həmçinin respublikanın müxtəlif təhsil ocaqları, muzeyləri və qoruqları ilə (Azərbaycan tarixi muzeyi, Şirvanşahlar sarayı, Qobustan qoruğu) sıx elmi-mədəni əməkdaşlıq edir. Departament tələbələrin və alimlərin böyük maraq göstərdikləri  respublikanın müxtəlif tarixi yerlərinə səfərlər də təşkil edir.

Tarix və Arxeologiya Departamenti mütəmadi olaraq tanınmış alim və mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi konfrans və seminarlar təşkil edir.


Yüklə 330 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin