Riyaziyyat Departamenti
Əsası 1 Oktyabr 1993-cü ildə qoyulmuş Riyaziyyat departamenti Riyaziyyat və Tətbiqi riyaziyyat sahələri üzrə proqramlar təklif edir. Bəzi riyaziyyat yönümlü departmentlərarası proqramlar isə riyaziyyata olan maraqlarını digər çərçivədə kombinə edən tələbələr üçün nəzərdə tutulmuşdur. Departament həm də bütün Xəzər Universiteti fakultələrinə xidmət göstərərək Cəbr, Ümumi və ali cəbr, Differensial tənliklər, Xətti və tətbiqi riyaziyyat, Əməliyyatların tədqiqi, Ümumi statistika, həmçinin Biostatistika və Biznes statistikası, İqtisadiyyat və biznes üçün riyaziyyat və s. fənlər təklif edir.
Departamentdə tədqiqat yönümlü dörd proqram vardır:
· Xüsusi riyaziyyat. Bu riyaziyyata güclü marağı olan tələbələr üçün nəzərdə tutulur;
· Riyaziyyat və Komputer elmləri. Burada riyaziyyat kompüter elmləri ilə eyni səviyyədə öyrənilir;
· Riyaziyyat və İqtisadiyyat. Burada tələbələr riyaziyyat və iqtisadiyyat arasında güclü əlaqəni, xüsusilə iqtisadiyyatda riyazi modelləri öyrənirlər;
· Xüsusi tətbiqi riyaziyyat sahələri.Bunlar riyaziyyatçı əməkdaşların tədqiqaq maraqlarını əks etdirir.
Maraq kəsb edən cari tədqiqat sahələrinə funksional analiz, operatorlar nəzəriyyəsi, adi və xüsusi differensial tənliklər, riyazi fizika, riyazi iqtisadiyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika aiddir. Bu sahələrdən başqa, əməliyyatların tədqiqi və optimallaşdırılması, real və kompleks analiz, ədədi metodlar, riyaziyyatın tarixi və fəlsəfəsi kimi işlər də yerinə yetirilir.
Departamentdə elmi seminarlar keçirilir. Burada çoxlu sayda mövzular üzrə mühazirələr, əməkdaşların və tələbələrin əldə etdiyi nailiyyətlər haqqında xəbərlər müzakirə olunur. Kompüter hesablamaları Universitetin Kompüter Mərkəzində yerinə yetirilir.
Dostları ilə paylaş: |