Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamenti
Siyasi Elm və Beynəlxalq Münasibətlər Departamenti 1995-ci ildən etibarən bakalavr və magistr proqramları təklif edir. Bakalavr proqramı Siyasi Elm və Beynəlxalq Münasibətlər ixtisasları üzrə beynəlxalq münasibətlər, siyasi nəzəriyyə və regionşünaslıq sahələrini əhatə edən bir çox kurslar təklif edir. Departamentdə təklif olunan Magistr və Fəlsəfə Doktoru proqramları bir neçə sahəni əhatə edir: Münaqişə üzrə Tədqiqatlar, Siyasi Nəzəriyyə, Regionşünaslıq. Sonuncuya aşağıdakılar daxildir: Avropa Dövlətçilik Məsələləri, Yaxın Şərq Araşdırmaları, Şərqi Asiya Araşdırmaları və Qafqaz Araşdırmaları.
Departamentin müəllimləri, əsasən, Siyasi Elm sahəsində Qərbdə təhsil almış və Qərbi Avropa, Şimali Amerika və digər inkişaf etmiş ölkələrdə ixtisas təcrübəsi keçmiş gənclərdir.
Departament Siyasət İnstitutu ilə birlikdə il ərzində bir sıra akademik tədbirlər keçirir: Siyasi fəlsəfə üzrə öyrədici məhkəmə simulyasiyası, böhranlı vəziyyətlər üzrə simulyasiya tapşırıqları, təhsil idarəçiliyi ilə bağlı seminarlar və konfranslar.
Dostları ilə paylaş: |