XəZƏr universitetiNİN 2013-cü IL elmi fəaliyyəti haqqında hesaba t



Yüklə 330 Kb.
səhifə6/39
tarix01.01.2022
ölçüsü330 Kb.
#105428
1   2   3   4   5   6   7   8   9   ...   39
Kompüter Elmləri Departamenti

Kompüter elmləri departamenti 1994-cü ildə yaradılmışdır. Departamentin məqsədi kompüter sistemlərinin və mühəndisliyinin uyğun sahələrinin təhlili, dizaynı, və təkmilləşdirilməsi üçün kompüter nəzəriyyəsi, prinsipləri, tətbiqi və yeniliklərindən istifadə edilməsi, onların inkişaf etdirilməsi və tədqiqatların aparılmasıdır.

Departament üç bölmədən ibarətdir :
 


 Kompüter elmləri fənləri və elmi-tədqiqat işləri nəzəri modellərdən praktiki tətbiqlərə qədər proqram vasitələrinə əsaslanır.

Kompüter mühəndisliyi rəqəmsal dizayn, kompüter avadanliqları və arxitekturası, proqram vasitələri və aparat və proqram vasitələtinin qarşılıqlı əlaqəsinə əsaslanır.

Elektrik mühəndisliyi informasiyanın yaradılması, ötürülməsi və emalı üçün elektron texnologiyaların inkişafı və tətbiqini özündə birləşdirir.

Departamentin tədris proqramları tələbələrin gələcək karyerasının inkişafı üçün irəli sürülən tələblərə uyğun olaraq tərtib edilmişdir.

Bu proqramlar sənaye, biznes və ali təhsildə kompüter mühəndisliyinə olan tələblərə müvafiqdir və kompüter elmlərinin proqramlaşdırma dilləri, kompüter arxitekturası, alqoritmlər, əməliyyat sistemləri, kompüter şəbəkələri, suni intellekt və başqa əsas sahələrinə  əsaslanır. Tələbələr kompüter elmləri təhsilini elektrik mühəndisliyinin dövrələr nəzəriyyəsi, siqnal və sistemlər, elektronika, inteqral dövrələr və qurğuların istifadə ediməsi kimi aspektləri ilə birgə öyrənilir.

Kompüter münəndisliyi və menecment ixtisası üzrə tələbələr eyni samanda menecment fənlərini də öyrənirlər.

Departament həmçinin universitetin digər fakultələrinin tələbələri üçün bir sıra kurslar da təklif edir. Bu kurslar kompüterlərin müxtəlif sahələrdə effektiv istifadə edilməsini təmin etmək üçün yaradılmışdır.

2004-cü ilin martında departament daxilidə Lokal Cisco Şəbəkə Akademiyası  (CİSCO) fəaliyyətə başlamışdır. Lokal Cisco Şəbəkə Akademiyası Xəzər universitetinin və başqa universitetlərin tələbələrinə İnformasiya texnologiyaları sahəsində treyninqlər təşkil edir və şəbəkə resurslarının istifadəsi üçün sertifikatlaşdırılmış mütəxəssislər hazırlayır.

Departament kompüter texnologiyalarının tədrisdə və təhsildə tətbiq edilməsi ilə yanaşı elmi-tədqiqat işlərinə də xüsusi diqqət yetirir. Bu işlər aşağıdakı istiqamıtlərdə aparılır


  • Suni intellekt

  • Verilənlərin ötürülməsi və şəbəkələr

  • Verilənlər bazaları

  • Obrazların tanınması

  • Multimedia sistemləri

  • Kompüter qrafikası

  • İnformasiya sistemləri

  • Rəqəmsal verilənlərin emalı qurğuları

Tələbələrin və işçilərin tədris və elmi-tədqiqat işlərini yerinə yetirməsi üçün departamentdə  kompüter laboratoriyaları mövcuddur. Bu laboratoriyalar müasir kompüter və elektrik mühəndisliyi vasitələri ilə təchiz edilmişdir.

Departament ölkədə və xaricdə olan digər təhsil və elmi qurumlarla tədris və elmi-tədqiqat işləri üzrə əlaqədar əməkdaşlıq edir.

Departamentin strategiyası yüksək standartlara nail olmaq üçün təhsil və elmi-tədqiqat potensialı olan dinamik və güclü struktura malik olmaqdır.


Yüklə 330 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin