Türk Dünyası Araşdırmaları proqramı
Amerika Birləşmiş Ştatlarında, eləcə də Avropa ölkələrində Sovet İttifaqı ilə əlaqəli bütün mərkəzlərin fəaliyyəti daha çox Rus və digər Slavyan dilli respublikalara təmərküzləşmiş, Qafqaz və Orta Asiya tarixi, Avrasiyanın geniş ərazilərində məskunlaşmış Türklərin tarix, mədəniyyət, dil və digər dəyərləri diqqətə alınmamışdır. Qafqaz, Orta Asiya və ümumiyyətlə, Osmanlı İmperatorluğu və Türkiyə Respublikası istisna olmaqla Türk Araşdırmaları nadir hallarda ciddi tədqiqat mövzusuna çevrilmişdir. Lakin geopolitik və ictimai vəziyyətdəki dəyişikliklər Türk Dünyası Araşdırmalarını əhatə edən yeni bölgə araşdırmaları proqramının təsis edilməsinin zəruriliyini vurğulayır.
Türk Dünyası Araşdırmaları proqramı Türk dünyasının ictimai və siyasi tarixi, etnoqrafiya, kultura (mədəniyyət), dil, ədəbiyyat, folklor, iqtisadiyyat və idarəetməsinə dair araşdırma layihələrini və elmi proqramları dəstəkləyir.
Dostları ilə paylaş: |