Jurnalistika Departamenti
Jurnalistika Kafedrası 1994-cü ildə yaradılmış və magistr ,bakalavr dərəcələri üzrə aşağıda göstərilən ixtisasları təklif edir:
· Televiziya ve Radio Jurnalistikası
· Jurnal ve Qəzet jurnalistikası
· Mediada marketinq ve reklam
Tələbələrin maraq və istəklərinə uyğun olaraq Kafedrada proqramlar təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Kafedra həmçinin media hüququ və siyasəti,mediada sosial araşdırmalar ,film çəkilişi və kritikası (tənqidi) ,radio,televiziya və ictimai əlaqələr üzrə də proqramlar təklif edir.Eyni zamanda jurnalistika sahəsində təhsil alan tələbələr üçün dərslər (proqramlar)ingilis dilində aparılır.Kafedra bu sahə üzrə mövcud şəraitə uyğun olaraq Azərbaycanda, ABŞ, Avropa və bir sıra ölkələrdə,media perspektivləri və rolu haqqında professional təlimlərin təşkilinin tələbələr üçün nə dərəcədə əhəmiyyətli olduğunu da nəzərə alır.Jurnalistika Kafedrası Xəzər Universitəsinin Nəşriyyatı ilə də sıx əlaqə saxlayaraq bu sahəyə dair bir sıra kitabları tərcümə etmiş,medianın bu sahədə daha cox tələbə və mütəxəsislərə ehtiyac olduğunu qeyd edir.
Dostları ilə paylaş: |