XəZƏr universitetiNİN 2014-cü IL elmi fəaliyyəti haqqında hesaba t



Yüklə 474,5 Kb.
səhifə24/58
tarix01.01.2022
ölçüsü474,5 Kb.
#105382
1   ...   20   21   22   23   24   25   26   27   ...   58
Riyaziyyat Departamenti

Əsası 1 Oktyabr 1993-cü ildə qoyulmuş Riyaziyyat departamenti Riyaziyyat və Tətbiqi riyaziyyat sahələri üzrə proqramlar təklif edir.  Bəzi riyaziyyat yönümlü departmentlərarası proqramlar isə riyaziyyata olan  maraqlarını digər çərçivədə kombinə edən tələbələr üçün nəzərdə tutulmuşdur. Departament həm də bütün Xəzər Universiteti fakultələrinə xidmət göstərərək Cəbr, Ümumi və ali cəbr, Differensial tənliklər, Xətti və tətbiqi riyaziyyat, Əməliyyatların tədqiqi, Ümumi statistika, həmçinin Biostatistika və Biznes statistikası, İqtisadiyyat və biznes üçün riyaziyyat və s. fənlər təklif edir.

Departamentdə tədqiqat yönümlü dörd proqram vardır:

·   Xüsusi riyaziyyat. Bu riyaziyyata güclü marağı olan tələbələr üçün nəzərdə tutulur;

·   Riyaziyyat və Komputer elmləri.  Burada riyaziyyat  kompüter elmləri ilə eyni səviyyədə öyrənilir

·   Riyaziyyat və İqtisadiyyat. Burada tələbələr riyaziyyat və iqtisadiyyat arasında güclü əlaqəni, xüsusilə iqtisadiyyatda riyazi modelləri öyrənirlər;

·    Xüsusi tətbiqi riyaziyyat sahələri.Bunlar riyaziyyatçı əməkdaşların tədqiqaq maraqlarını əks etdirir.

Maraq kəsb edən cari tədqiqat  sahələrinə funksional analiz, operatorlar nəzəriyyəsi,  adi və xüsusi differensial tənliklər, riyazi fizika, riyazi iqtisadiyyat, ehtimal nəzəriyyəsi və riyazi statistika aiddir.  Bu sahələrdən başqa, əməliyyatların tədqiqi və optimallaşdırılması, real və kompleks analiz, ədədi metodlar, riyaziyyatın tarixi və fəlsəfəsi kimi işlər də yerinə yetirilir.

Departamentdə elmi seminarlar keçirilir. Burada  çoxlu sayda mövzular üzrə mühazirələr, əməkdaşların və tələbələrin əldə etdiyi nailiyyətlər haqqında xəbərlər müzakirə olunur. Kompüter hesablamaları Universitetin Kompüter Mərkəzində yerinə yetirilir.  


Yüklə 474,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin