Müasir Dillər Departamenti
Departamrnt 1995-ci ildə “Qərb dilləri” adı altında fəalliyət göstərmiş və 2004-cü ildə Müqayisəli ədəbiyyat və Müasir Dilər departamenti adlandırılmağa başlamışdır. Kafedrada Fransız, Alman, Ispan və digər xarici dillərin öyrədilməsi istiqamətində müntəzəm olaraq dərslər təşkil edilir. Kafedranın ən önəmli vəzifəsi tələbələr üçün heç bir məhdudiyyət qoyulamadan (əsasən Humanitar və Sosial Elmlər fakültəsinin tələbələri üçün) təklif olunan dil dərslərində, praktiki olaraq tələbələrin oxu, yazı, danışıq və tərcümə bacarıqlarının inkişaf etdirilməsidir. Dərs proqramlarına həmçinin Qərbi Avropa mədəniyyəti, ədəbiyyatı ,tarixi, və müasir həyatının öyrənilməsi də daxildir. Kafedra o cümlədən beynəlxalq ictimai proqramlarda, həmçinin Avropa Ictimai əlaqələrin təhsil proqramlarında da iştirak edir. Fakültənin təşkil etdiyi dil kurslarının tədrisçiləri əsasən xarici ölkələrdə müəllim işləyən ,bu sahə üzrə tərcüməçi kimi ekstensiv iş təcrübəsinə malik olan mütəxəssislərdir.
Dostları ilə paylaş: |