Təhsil Departamenti
İbtidai təhsil departamenti Təhsil fakültəsinin əsas akademik şöbələrindən biridir. Burada Ibtidai təhsilin pedaqogika və metodikasına dair müxtəlif fənlər tədris edilir və bu ixtisas üzrə bakalavr diplomu verilir.
Bu ixtisas üzrə bakalavr proqramında tədris əsasən aşağıdakı sahələrdə aparılır:
· Humanitar elmlərin, təhsilin və psixologiyanın əsasları; təlim metodları;
· Məktəbin ətraf mühitlə əlaqələrinin öyrənilməsi, məsələn, məktəm-muzeylər, teatrlar, xəstəxanalar və.s
· Praktiki məşğələlər və pedoqoji təcrübə;
· Araşdırma və tədqiqat metodları
Departamentin fəaliyyəti və tədqiqatları sadəcə ibtidai təhsililə məhdudlaşmır, həmçinin tədris planlarının təşliki və inkişafı, pedaqoji psixologiya, biliyin qiymətləndirməsi və bacarıqlar, təlim metodları, təhsilin idarə edilməsi kimi sahələrdə də öz fəaliyyətini genişləndirir
Dostları ilə paylaş: |