Ətraf Mühitin Tədqiqi Mərkəzi
Xəzər Universitetinin Ətraf Mühitin Tədqiqi Mərkəzi 2007-ci ildə Azərbaycan, Cənubi Qafqaz və Xəzər regionunun əhəmiyyətli ekoloji problemlərinə yönəlik tədqiqatların aparılması üçün yaradılmışdır. Mərkəzin məqsədi bu regionun təbii ehtiyatlarının mühafizəsi, bərpası və davamlı istifadəsi üçün obyektiv elmi informasiya ilə təmin olunmaqdır. Çayın bərpası, ətraf mühitin idarə edilməsi, fəlakət riskinin azaldılması, daşqının qarşısının alınması və iqlim dəyişikliyinin öyrənilməsi mərkəzin əsas tədqiqat istiqamətlərindəndir.
Dostları ilə paylaş: |