Jurnalistika Departamenti
1994-cü ildə yaradılmış Jurnalistika departamentində tələbələrin maraq və istəklərinə uyğun olaraq proqramlar təcrübəli mütəxəssislər tərəfindən keçirilir. Kafedra həmçinin media hüququ və siyasəti,mediada sosial araşdırmalar ,film çəkilişi və kritikası (tənqidi) ,radio,televiziya və ictimai əlaqələr üzrə də proqramlar təklif edir. Eyni zamanda jurnalistika sahəsində təhsil alan tələbələr üçün dərslər (proqramlar)ingilis dilində aparılır.Kafedra bu sahə üzrə mövcud şəraitə uyğun olaraq Azərbaycanda, ABŞ, Avropa və bir sıra ölkələrdə,media perspektivləri və rolu haqqında professional təlimlərin təşkilinin tələbələr üçün nə dərəcədə əhəmiyyətli olduğunu da nəzərə alır.Jurnalistika Kafedrası Xəzər Universitəsinin Nəşriyyatı ilə də sıx əlaqə saxlayaraq bu sahəyə dair bir sıra kitabları tərcümə etmiş,medianın bu sahədə daha cox tələbə və mütəxəsislərə ehtiyac olduğunu qeyd edir.
Dostları ilə paylaş: |