Elektronika, Telekommunikasiya və Radio Mühəndisliyi bölməsi
Elektronika, Telekommunikasiya və Radio Mühəndisliyi bölməsi 2010-cu ildə Mühəndislik və Tətbiqi Elmlər fakültəsinin daxilində yaradılmışdır. Bölmə universitet tələbələrinə qabaqcıl texnologiyaların istifadə olunduğu sahələrdə geniş proqramlar təklif edir. Gələcəkdə qarşılaşacaqları problemlərin öhdəsindən gələ bilmək üçün məzunlar yeni texnologiyalara uyğunlaşmalı və ondan düzgün istifadəni öyrənməlidirlər. Elektronika, telekommunikasiya və radio mühəndisliyi riyaziyyat və fizika anlayışı, eləcə də elektron texnologiyalar sahəsində bilik tələb edir. Elektronika və telekommunikasiya texnologiyalarının əsas prinsiplərinin tədrisindən öncə proqram daxilində tələbələr fizika, riyaziyyat və kompüter proqramlaşdırmasına dair biliklər əldə edir. Proqram boyunca diqqət yeni və daha inkişaf etmiş elektron texnologiyaların öyrənilməsi istiqamətində yönəldilmişdir. Bölmənin yüksək ixtisaslı mütəxəssislər hazırlamaq üçün laboratoriyası var. Laboratoriyanın tədqiqat imkanlarına aiddir:
Kommunikasiya barədə əsas biliklər
AM / FM transmitter və qəbuledici sistemi
Fiber-optik ötürülmə təlim sistemi
Elektrik dövrəsinin tədqiqi
Biotibbi ölçü sistemi
Məntiqi dizayn öyrənilməsi
Analoq elektronikanın tədqiqi
Rəqəmsal elektronikanın tədqiqi
Dostları ilə paylaş: |